Vakansiyalar
UG

Satış koordinatoru

Universal Group of Companies

Vəzifə öhdəlikləri

  • Satış proseslərinin səmərəli və fasiləsiz həyata keçirilməsinin təmin edilməsi məqsədilə satış komandası, müştərilər və digər struktur bölmələri arasında koordinasiyanın həyata keçirilməsi;
  • Müştəri sifarişlərinin qəbulu, emalı və icrasının izlənilməsi;
  • Satış sənədlərinin hazırlanması və müvafiq məlumatların sistemlərdə qeydiyyatının aparılması;
  • Satış hesabatlarının hazırlanması və satış göstəricilərinin monitorinqi;
  • Müştəri bazasının aktual vəziyyətdə saxlanılması;
  • Sifarişlərin anbar, logistika və maliyyə bölmələri ilə koordinasiyası;
  • Müştərilərlə operativ kommunikasiya və daxil olan müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi;
  • Satış planlarının və müəyyən edilmiş hədəflərin icrasının izlənilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Satış, müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmə bacarığı;
  • Satış və sifariş proseslərinin koordinasiyası üzrə anlayış;
  • Sənədlərin, hesabatların və satış məlumatlarının düzgün və vaxtında hazırlanması bacarığı;
  • Azərbaycan,  İngilis və rus dili bilikləri;
  • Diqqətli, məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı;
  • İş şəraiti:
  • 5 günlük iş qrafiki 10:00-dan 19:00-a qədər;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • Karyera inkişafı imkanları;
  • Rahat və müasir iş mühiti;
  • Əmək haqqı razılaşma əsasında
  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Satış koordinatoru” yazaraq göndərə bilərlər.
Geri