Satış məsləhətçisi (elektronika)
Vəzifələr və məsuliyyətlər
• Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.
• Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək
• Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.
• Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.
• Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.
• Müştəri şikayət və sorğularını cavablandırmaq.
• Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.
• Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
• Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.
• Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.
Tələb edilən bacarıqlar və təhsil
• Orta ixtisas təhsilli.
• Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.
• Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.
• Azərbaycan və rus dilləri sərbəst, ingilis dilini bilmək üstünlükdür.
• 1C proqramında işləmə bacarığı.
• Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.
• Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.
• Problemləri həll etmə və qərarvermə bacarığı.
• Komanda ilə işləmə və təşəbbüskarlıq.
İş saatları və əmək şərtləri
• Əmək haqqı: 600 AZN (+ bonus)
• İş qrafiki: Növbəli iş qrafiki.
• İş yeri: Babək prospekti və Süleyman Vəzirov küçəsi kəsişməsi, Ağ Şəhər, City Park Mall.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi (City Park Mall)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.