Vakansiyalar
SH

Satış üzrə Direktor

Sapphire Hotels Group

İş yeri: Sapphire Bayıl Hotel

Vəzifə öhdəlikləri

  • Gəlirlərin artırılması: Müəyyən olunmuş hədəflərə çatmaq və gəlirləri maksimuma çatdırmaq üçün qrup üzrə uzunmüddətli satış strategiyalarını işləyib hazırlamaq və tətbiq etmək.
  • Tərəfdaşlıqların qurulması: Korporativ seqment, MICE və turizm agentlikləri ilə güclü, uzunmüddətli işgüzar əlaqələr qurmaq və portfeli genişləndirmək.
  • Komandanın idarə edilməsi: Satış komandasına mentorluq etmək, KPI hədəflərini təyin etmək, komandanı motivasiya etmək və fəaliyyətini istiqamətləndirmək.
  • Bazar təhlili və brendin mövqeləndirilməsi: Rəqabət mühitini və bazar trendlərini təhlil edərək strateji satış təşəbbüsləri vasitəsilə brendin bazardakı mövqeyini gücləndirmək.
  • Hesabatlıq: Satış dinamikası, proqnozlar və nəticələr üzrə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.

Tələblər

  • Təcrübə: Hotelçilik (Hospitality) sahəsində satış üzrə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi (Qrup / Multi-property təcrübəsi olanlara üstünlük verilir).
  • Peşəkar biliklər: Korporativ satışlar, MICE və Turizm agentlikləri (TA/TO) ilə iş üzrə dərin təcrübə və əlaqələr.
  • Səriştələr: Yüksək liderlik, strateji düşünmə, danışıqlar aparmaq və təqdimat bacarıqları.
  • Dil bilikləri: Azərbaycan,İngilis və Rus dillərini yüksək səviyyədə bilmək.
  • Nəticəyə yönümlülük: Gəlirlərin artırılmasında və KPI hədəflərinin yerinə yetirilməsində uğurlu təcrübə.
  • İş şəraiti:
  • İş rejimi: 5 günlük;
  • İş saatları: 09:00-18:00;
  • Təminatlar:
  • Şirkət siyasətinə uyğun müvafiq endirimli xidmətlər;
  • Daxili siyasətə uyğun 4 hotel üzrə rüblük bonus sistemi;
  • Şirkət tərəfindən nahar təminatı;
  • Xidməti telefon və mobil nömrə.
  • Rəsmi iş görüşləri zamanı nəqliyyat təminatı
  • CV-nizi mövzu hissədə “Satış üzrə Direktor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Geri