Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi
Hazırda şirkətimizə Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi tələb olunur.
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər:
• İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili
• 1 ili sahə üzrə olmaqla, ümumi 2 il iş təcrübəsi
• İngilis dili biliyi
• MS Office proqramlarında işləmək bacarığı
• Sement və beton istehsalı üzrə texniki biliklər
• Bazarın təhlili və araşdırılması üzrə təcrübə
• Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər
• Sənaye standartları haqqında məlumatlılıq
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
• Sement və beton sahəsində korporativ müştərilər, satıcılarla davamlı əlaqələrin qurulması;
• Müştəri fəaliyyətinin, müqavilələrin və kredit risklərinin izlənməsi;
• Sement və beton bazarına dair araşdırmaların aparılması və hesabatların təqdim edilməsi;
• Mövcud və potensial müştərilərə yeni sement və beton məhsulları haqqında məlumatların çatdırılması;
• Müştəri məmnuniyyəti və məhsul keyfiyyəti ilə bağlı geribildirimlərin toplanması;
• Yeni müştərilərin və əməkdaşların cəlb olunması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi;
• Şirkətin strateji məqsədləri və nailiyyətləri barədə məlumatların müştərilərə ötürülməsi;
• Müştəri şikayətlərinin TMS Pro sisteminə vaxtında daxil edilməsi;
• Gündəlik hesabatların hazırlanması və rəhbərlikə təqdim olunması;
• SAP sisteminə müştərilərin sifarışlərinin yazəlması və izlənilməsi;
• Excel, Power Point və Word Office proqramlarında hesabat və təqdimat edilməsi;
• Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
• Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
• Könüllü tibbi siğorta
• Nəqliyyat
• Şəxsi və peşəkar inkişaf imkanları
• İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
• Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.