Senior Mobile Developer (Android+İOS)
Vəzifə təsviri:
• Sahə işçiləri üçün istifadə olunan mobil tətbiqlərin (məlumat toplama, qeydiyyat, yoxlama və digər sahə iş axınları) Android və iOS platformalarında inkişafı, buraxılışı və dəstəklənməsi. Offline-first arxitektura, kamera, GPS və sinxronizasiya əsas prioritetdir
Öhdəliklər:
• Mövcud native Android tətbiqlərinin (Kotlin, Jetpack Compose) inkişafı və dəstəklənməsi
• Eyni biznes məntiqi ilə iOS versiyalarının hazırlanması (Swift/SwiftUI və ya React Native/Expo — komanda qərarına uyğun)
• Offline növbə (local storage), background sinxronizasiya mexanizmləri
• Kamera, foto sıxma, barkod oxuma, GPS və xəritə inteqrasiyası
• API ilə iş: multipart yükləmə, autentifikasiya, in-app yeniləmə/paylama axınları
• Staging və production buraxılışlar
• QA və DevOps komandaları ilə birgə tətbiqin paylanması (daxili kanal, marketplace və ya enterprise)
Tələblər
- 3+ il mobil tətbiq hazırlama təcrübəsi; ən azı bir platformada production buraxılış
- İkinci platformaya (iOS və ya Android) peşəkar səviyyədə keçid bacarığı və ya full-stack mobil təcrübə
- Offline və sinxronizasiya təcrübəsi (zəif şəbəkə şəraitində işləmə)
- App Store/Play Store (və ya daxili paylama) prosesləri üzrə bilik
- Üstünlük təşkil edən keyfiyyətlər:
- Sahə əməliyyatları və ya utility tipli mobil tətbiqlərdə təcrübə
- Daxili APK/tətbiq yeniləmə mexanizmləri qurma təcrübəsi
- Dil bilikləri:
- Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
- Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
- Rus dili biliyi üstünlük hesab olunur.
- Əlavə Məlumat:
- Servis şirkət tərəfindən təmin olunur.
- İş saatları: həftənin 5 günü, 08:00–17:00.
- Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Mobile Developer” başlıqı ilə göndərsin.