Servis Satışı üzrə Mütəxəssis
Vəzifənin məqsədi
• Mövcud müştəri portfelinin saxlanılması və genişləndirilməsi, yeni servis müqavilələrinin bağlanması, habelə modernizasiya və təmir həllərinin B2B seqmentə satışı yolu ilə departamentin gəlir hədəflərinə nail olunması.
Əsas vəzifə öhdəlikləri
• Yeni servis müqavilələri üzrə satış hədəflərinin icrası (biznes mərkəzləri, ticarət mərkəzləri, otellər, xəstəxanalar, yaşayış kompleksləri, sənaye obyektləri)
• Mövcud müştəri portfelinin idarə edilməsi, müqavilə yenilənmələrinin (renewal) təmin edilməsi və müqavilədən imtina hallarının (cancellation) minimuma endirilməsi
• İtirilmiş müştərilərin geri qazanılması üzrə hədəfli iş aparılması
• Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi və satış boru xəttinin (pipeline) formalaşdırılması
• Obyektlərə səfərlər, texniki auditlərin təşkili və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi
• Texniki departamentlə birgə qiymət təkliflərinin, təmir və modernizasiya smetalarının hazırlanması və təqdim edilməsi
• Danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması və imzalanma prosesinin idarə olunması
• Tender və satınalma proseslərində iştirak, sənəd paketinin hazırlanması
• CRM sistemində bütün müştəri təmaslarının, təkliflərin və satış mərhələlərinin vaxtında qeydiyyatı
• Debitor borclarının izlənilməsi məsələsində maliyyə departamenti ilə əməkdaşlıq
• Həftəlik/aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər
- Təhsil və təcrübə
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya Mühəndislik sahələri üzrə üstünlükdür)
- B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
- Texniki məhsul və ya xidmət satışı üzrə təcrübə böyük üstünlükdür
- Uzunmüddətli xidmət müqavilələrinin satışı üzrə təcrübə arzuolunandır
- Bilik və bacarıqlar
- Satış dövrünün bütün mərhələlərini müstəqil idarə etmək bacarığı
- Danışıqlar aparma və qiymət müdafiəsi bacarığı
- Texniki məlumatları müştəri üçün anlaşılan dilə çevirmək qabiliyyəti
- MS Office proqramları üzrə yaxşı bilik (xüsusilə Excel və PowerPoint)
- CRM sistemləri ilə iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili — sərbəst; ingilis dili — iş güzar səviyyə; rus dili üstünlükdür
- B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi
- Şəxsi keyfiyyətlər
- Nəticəyönümlülük və hədəflərlə işləmə bacarığı
- Güclü kommunikasiya və təqdimat bacarıqları
- Müstəqil qərar vermə və məsuliyyət hissi
- Analitik düşüncə və detallara diqqət
- Komandada işləmə bacarığı
- Şirkətin təklifləri
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi
- Korporativ mobil nömrə və noutbuk
- İş səfərləri üzrə xərclərin ödənilməsi
- Peşəkar komanda və karyera inkişafı perspektivi
- Könüllü Tibbi Sığorta
- Parking və xidməti maşın
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.