Vakansiyalar
VE

SƏTƏM Bölmə Müdiri

Veysəloğlu-Rossmann

Vəzifə öhdəlikləri

  • Müəssisədə SƏTƏM fəaliyyətini təşkil etmək, idarə etmək və əlaqələndirmək
  • Müəssisənin mağazaları, anbar və logistika obyektlərində SƏTƏM tələblərinin icrasına nəzarət etmək
  • Azərbaycan Respublikasının SƏTƏM üzrə qanunvericiliyinə və normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
  • SƏTƏM risklərini qiymətləndirmək, risklərin azaldılması üzrə tədbirləri hazırlamaq və icrasına nəzarət etmək
  • Müntəzəm SƏTƏM yoxlamalarının və daxili auditləri təşkil etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək
  • Bədbəxt hadisə, insident və qəza hallarının araşdırılmasını təşkil etmək, səbəblərin təhlili və qabaqlayıcı tədbirləri hazırlamaq;
  • İşçiləri SƏTƏM üzrə təlimatlandırmaq, biliklərini yoxlamaq və təlim prosesini koordinasiya etmək;
  • Yanğın təhlükəsizliyi, təxliyə, elektrik təhlükəsizliyi, iş yerlərinin təhlükəsizliyi və sanitar-gigiyenik vəziyyətə nəzarət etmək;
  • Pərakəndə satış mağazalarında müştəri və əməkdaşların təhlükəsizliyinin təmin olunması üzrə tədbirləri təşkil etmək;
  • Mağaza və anbarlarda rəf sistemləri, avadanlıqlar, yükləmə-boşaltma və digər əməliyyatlarla bağlı riskləri idarə etmək;
  • Podratçı və üçüncü tərəflərin SƏTƏM tələblərinə uyğun fəaliyyətinə nəzarət etmək;
  • Dövlət qurumları tərəfindən keçirilən yoxlamaların koordinasiyası, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət etmək
  • SƏTƏM üzrə statistik məlumatların, aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • SƏTƏM üzrə illik fəaliyyət və təlim planlarını hazırlamaq
  • SƏTƏM komandasının fəaliyyətini idarə etmək və əməkdaşlar arasında iş bölgüsünü aparmaq;
  • Müəssisədə SƏTƏM mədəniyyətini inkişaf etdirmək və təhlükəsiz iş mühitini formalaşdırmaq;
  • Müəssisə rəhbərinin və funksional rəhbərin tapşırıqlarını icra etmək və görülmüş işlər barədə birbaşa hesabat vermək.
  • FHN və digər qurumlar tərəfindən açılmış yoxlamaları izləmək, yoxlamaya hazırlıq prosesinə nəzarət və müxtəlif Dövlət qurumlarında şirkəti rəsmi olaraq təmsil etmək.
  • Namizədə tələblər:
  • Ali təhsil (Texniki sahə üzrə)
  • Retail sahəsində 3-5 il iş təcrübəsi
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər.
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı.
  • Digər məlumatlar:
  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə
  • Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Geri