Vakansiyalar
CC

SƏTƏM Mühəndisi

Cronos Construction

İş yeri: Ofis və Qarabağ regionu (Sahə)

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

İşin təsviri:

• Şirkətin ofis və Qarabağda yerləşən tikinti sahələrində SƏTƏM qaydalarına, yerli qanunvericiliyə və beynəlxalq standartlara riayət olunmasına nəzarət edilməsi;

• İş yerlərində risklərin qiymətləndirilməsi (Risk Assessment) sənədlərinin hazırlanması və risklərin azaldılması üçün tədbirlərin görülməsi;

• İşçilərə texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə ilkin və dövri təlimatların (induksiya və toolbox) keçirilməsi;

• Tikinti sahəsində baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin qarşısının alınması üçün önləyici tədbirlərin planlaşdırılması;

• SƏTƏM üzrə gündəlik, həftəlik və aylıq hesabatların tərtib edilərək rəhbərliyə təqdim olunması;

• Sahədə fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadəyə nəzarət edilməsi.

​​​​​​​Tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;

• SƏTƏM (HSE) sahəsində minimum 3-5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olanlara üstünlük verilir);

• SƏTƏM sahəsinə aid yerli qanunvericilik aktları və normativ sənədlər barədə biliklər;

• Beynəlxalq sertifikatların (məsələn: NEBOSH, IOSH və ya ISO standartları üzrə sertifikatlar) olması üstünlükdür;

• MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

• Ofis rejmində və Qarabağ bölgəsində sahə şəraitində işləmək imkanı olmalı.

Təminatlar:

• Qarabağ bölgəsində olduğu müddətdə düşərgədə pulsuz yerləşmə və gündəlik qidalanma təminatı (şirkət tərəfindən qarşılanır).

Maraqlanan namizədlərdən öz CV-lərini "SƏTƏM Mühəndisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Geri