Vakansiyalar
MD

Site Manager – Fit-out & Finishing Works

MEC Design MMC

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri

• Tikinti sahəsində bütün fit-out və finishing işlərinin planlaşdırılmasını və koordinasiyasını təmin etmək;

• Supervisor və Saha Memarının birbaşa idarə edilməsini həyata keçirmək;

• Subpodratçıların, işçi briqadalarının və sahə komandalarının fəaliyyətini koordinasiya və nəzarətdə saxlamaq;

• İş qrafikinin hazırlanmasında iştirak etmək, icrasına nəzarət etmək və işlərin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək;

• Memarlıq dizayn ofisi ilə daimi koordinasiyada olmaq, layihə üzrə texniki və memarlıq detallarını dəqiqləşdirmək və yekunlaşdırmaq;

• Yekunlaşdırılmış layihə detallarını sahə komandasına çatdırmaq və onların çertyoj, spesifikasiya və texniki tələblərə uyğun şəkildə sahədə tətbiqini təmin etmək;

• Tikinti və finishing işlərinin təsdiq edilmiş layihə, çertyoj, texniki spesifikasiya və keyfiyyət tələblərinə uyğun icrasına nəzarət etmək;

• Material, avadanlıq, işçi qüvvəsi və digər resursların tələbatını planlaşdırmaq və effektiv idarə edilməsini təmin etmək;

• Materialların və digər resursların iş qrafikinə uyğun olaraq vaxtında sahədə olmasını təmin etmək;

• Görülən işlərin keyfiyyətinə, layihəyə uyğunluğuna və vaxtında tamamlanmasına nəzarət etmək;

• Sahədə keyfiyyət və təhlükəsizlik standartlarına, o cümlədən HSE tələblərinə riayət olunmasını təmin etmək;

• Sahədə yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək;

• Zəruri hallarda yaranmış texniki məsələləri Construction Manager və müvafiq texniki komandaya eskalasiya etmək;

• Rəhbərlik, Construction Manager, texniki ofis və dizayn komandası ilə gündəlik koordinasiyanı təmin etmək;

• Gündəlik, həftəlik və aylıq sahə hesabatlarını hazırlamaq və Construction Manager-ə təqdim etmək;

• Layihənin icra vəziyyəti, iş qrafiki, resurslar, keyfiyyət və sahədə yaranan problemlər barədə rəhbərliyə mütəmadi məlumat vermək;

• Layihənin təhvil-təslim prosesini koordinasiya etmək və yekun işlərin tələb olunan standartlara uyğun tamamlanmasını təmin etmək.

Tələblər

  • Ali təhsil — inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
  • Fit-out və finishing layihələri üzrə minimum 5 il müvafiq iş təcrübəsi mütləqdir;
  • Ən azı 3 il rəhbər vəzifədə, sahə idarəetməsi və komanda rəhbərliyi üzrə təcrübə mütləqdir;
  • Böyük həcmli və kompleks fit-out layihələrinin sahədə idarə olunması üzrə sübut olunmuş praktiki təcrübə;
  • Finishing works proseslərinin, xüsusilə memarlıq və interyer işlərinin sahədə idarə edilməsi üzrə geniş təcrübə;
  • Subpodratçıların və işçi briqadalarının idarə edilməsi və koordinasiyası üzrə təcrübə;
  • Memarlıq dizayn ofisi ilə işləmək, texniki detalları dəqiqləşdirmək və layihə qərarlarını sahədə tətbiq etmək bacarığı;
  • Çertyojları, texniki spesifikasiyaları və layihə sənədlərini oxuma və düzgün şərh etmə bacarığı;
  • İş qrafikinin idarə edilməsi və layihənin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı;
  • Material, avadanlıq və işçi qüvvəsi daxil olmaqla sahə resurslarının effektiv idarə edilməsi üzrə təcrübə;
  • Güclü liderlik, komanda idarəetməsi və qərar qəbul etmə bacarığı;
  • Texniki və təşkilati problemləri operativ həll etmək bacarığı;
  • Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihənin idarə edilməsi, planlaşdırma, hesabatların hazırlanması, məlumatların analizi və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
  • Lüks və yüksək seqmentli obyektlərdə, xüsusilə hotel, villa və premium yaşayış layihələrində iş təcrübəsi üstünlükdür;
  • Fit-out və finishing üzrə geniş və müxtəlif layihə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Site Manager – Fit-out & Finishing Works” qeyd edin.
  • Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!
Geri
MD
Site Manager – Fit-out & Finishing Works
MEC Design MMC
Müraciət et
Elan tarixi: 25 avqust 2026
Son müraciət: 25 sentyabr 2026
Mənbə ID 149301
Baxış 1

Detail.Share