Sürücü (Depo)
Vəzifə tələbləri:
• Oxşar işdə ən azı 3 il təcrübə
• BC kateqoriyalı sürücülük vəsiqəsi
• Yaş həddi: 24-38
Vəzifə öhdəlikləri:
• Avtomobil idarə etmək, yükləri təyinatı üzrə daşımaq və tapşırılan yerlərə vaxtında və zərərsiz şəkildə çatdırmaq;
• Sifariş ünvanına gedərək daşınmanı həyata keşirmək;
• Daşınmaları operativ, təhlükəsizlik prinsipləri əsasında həyata keçirmək;
• Avtomobilin ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
• Yaranan nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək;
• Nəqliyyat vasitəsinə texniki xidmət göstərmək və nəzarət etmək;
• Hər ayın sonu aylıq yol vərəqində göstəricilərin düzgün yazılıb təhvil verilməsini təmin etmək;
• Təhvil alınan mallarda hər hansı qüsur aşkar edildikdə bu barədə Təhvil-təslim aktında qeydlər aparmaq, yüklə birlikdə təhvil verilən yükə dair sənədləri, yazılı məlumatları və digər ləvazimatları qoruyub saxlamaq;
• Yüklərin düzgün yüklənməsinə, bərkidilməsinə, daşınmasına və boşaldılmasına nəzarət etmək;
• Ərazidə olduğu zaman ərazidə baş vermiş texniki nasazlıq, DYP tərəfindən yaranan nöqsanlar və avto qəzalar haqqında dərhal müvafiq rəhbərə məlumat vermək;
• Nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə idarə edilməsi ilə bağlı tələbləri öyrənmək, başa düşmək və yerinə yetirmək;
• Ehtiyac olduğu təqdirdə mütəmadi olaraq rayonlara səfərləri həyata keçirmək;
• Sürücünün üzləşdiyi risklər ilə bağlı yol hərəkəti qaydalarına riayət etməyin əhəmiyyətini dərk etmək və nəqliyyat vasitəsini idarə edən zaman bu amili nəzərə almaq;
• Avtomobilin vaxtlı-vaxtında yanacaqla təmin olunmasına nəzarət etmək;
• Avtomobil yanacağından sui-istifadə hallarına yol verməmək;
• Avtomaşında olan inventarı, bakda yanacağın səviyyəsini, işıq cihazlarını, şinlərin vəziyyətini yoxlamaq;
• Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
• Şirkətin strukturu və prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək;
• Rəhbərlik tərəfindən işlə bağlı verilən digər tapşırıqları icra etmək;
İş şəraiti:
• İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
• İş vaxtı: 00:00-09:00
• Ünvan: Bakı şəhəri, N.Nərimanov rayonu, Volodarski küçəsi 11
• Əmək haqqı: 800 AZN
Əlaqə nömrəsi: 0552088166 - Xanım Mustafayeva