Vakansiyalar
BO

Təchizat üzrə mütəxəssis

Booo.az

BOOO Group komandamıza istehsal, təchizat və operativ satınalma proseslərini həyata keçirəcək Təchizat üzrə mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri

  • İstehsal proseslərinin təşkili və nəzarəti
  • Tədbirlər və layihələr üçün tələb olunan rekvizit, konstruksiya və digər məhsulların istehsal prosesini təşkil etmək;
  • Usta, sex və digər istehsalçılarla işləmək, texniki tapşırığı düzgün ötürmək;
  • İstehsalın qiymət, keyfiyyət və təhvil müddətinə nəzarət etmək;
  • Hazır məhsulun ölçü, say və keyfiyyət baxımından sifarişə uyğunluğunu yoxlamaq;
  • Zərurət olduqda istehsal prosesini yerində izləmək.
  • ​​​​​​Yerində və operativ satınalmaların həyata keçirilməsi
  • Layihələr üçün lazım olan material, avadanlıq və digər məhsulların bazarda araşdırılması;
  • Tikinti bazarları, mağazalar, topdansatış məntəqələri və digər təchizatçılardan yerində alışların həyata keçirilməsi;
  • Təcili ehtiyaclar zamanı tələb olunan məhsulun qısa zamanda tapılması və alınması;
  • Qiymət və keyfiyyət müqayisəsi apararaq uyğun alış variantının seçilməsi;
  • Alınan məhsulların vaxtında ofisə, anbara, istehsal sahəsinə və ya tədbir məkanına çatdırılmasının təşkili.
  • Təchizatçı və qiymət araşdırmaları
  • Yeni təchizatçı, istehsalçı və ustaların tapılması;
  • Müxtəlif təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Daha sərfəli alış və istehsal variantlarının müəyyən edilməsi;
  • Daimi təchizatçı bazasının formalaşdırılması və yenilənməsi.
  • Material və anbar planlaması
  • Layihələr üzrə tələb olunan material siyahılarının hazırlanması;
  • Anbarda mövcud material və məhsulların yoxlanılması;
  • Çatışmayan məhsulların vaxtında sifariş və ya satın alınmasının təmin edilməsi;
  • Alınmış və istehsal edilmiş məhsulların aidiyyəti üzrə təhvil verilməsinə nəzarət.
  • Tədbirlər üzrə operativ texniki dəstək
  • Tədbir öncəsi yarana biləcək təchizat ehtiyaclarının operativ həlli;
  • Zərurət olduqda tədbir məkanında texniki və təchizat proseslərinə dəstək göstərmək;
  • Regionlarda və həftəsonları keçirilən tədbirlərin iş rejiminə uyğunlaşmaq.
  • Hesabat və xərc nəzarəti
  • Edilən alış və istehsal xərclərinin qeydiyyatını aparmaq;
  • Qəbz, hesab və digər alış sənədlərinin düzgün şəkildə təqdim edilməsi;
  • Xərclərin optimallaşdırılması üçün alternativ həllər təklif etmək;
  • Görülmüş işlər üzrə rəhbərliyə məlumat və hesabat təqdim etmək.

Tələblər

  • Operativ və həll yönümlü düşüncə qabiliyyəti;
  • Bazar araşdırması və qiymət müqayisəsi bacarığı;
  • Usta, istehsalçı və təchizatçılarla effektiv ünsiyyət qurmaq bacarığı;
  • Riyazi və məntiqi düşüncə;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Satınalma, təchizat, istehsal və ya logistika sahəsində iş təcrübəsi üstünlükdür;
  • MS Excel və Google Sheets üzrə işləmə bacarığı;
  • Telefon və yazılı ünsiyyət bacarıqlarının yaxşı olması;
  • Regionlara səfər etmək və fleksibil iş qrafikinə uyğunlaşmaq imkanı;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür;
  • Şəxsi avtomobilin olması arzuolunandır, lakin məcburi deyil.
  • Əmək haqqı və iş şərtləri
  • Əmək haqqı: 800 AZN (gross)
  • Sınaq müddəti: 1 ay
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Təchizat üzrə mütəxəssis  qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri