Vakansiyalar
SA

Təhsil mərkəzi administratoru

StarLight Academy

StarLight Academy “Təhsil mərkəzi administratoru” vəzifəsi üzrə vakansiya elan edir.

Namizəddən tələblər:

• Özəl təhsil mərkəzi sektorunda menecer vəzifələrində təcrübə.

• Rus dili biliyi əsas tələblərdən biridir.

• Komanda ilə işləmə bacarığı.

• Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək).

• MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı.

• Sənədləşmə və ofis işlərinin təşkili üzrə bacarıqlar.

• Tələbələr, valideynlər və əməkdaşlarla düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri

  • Təhsil mərkəzinin gündəlik inzibati və ofis fəaliyyətini təşkil etmək.
  • Tələbələrin, valideynlərin və digər ziyarətçilərin qarşılanmasını və yönləndirilməsini həyata keçirmək.
  • Telefon zənglərinə, müraciətlərə və elektron yazışmalara cavab vermək.
  • Tələbələrin dərs cədvəllərinin hazırlanması və müəllimlərlə kordinasiyası.
  • Tələbə ödənişlərinin vaxtında toplanması və müvafiq sistemə qeyd olunması.
  • Rəhbərliyin verdiyi inzibati tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
  • Şirkət rəhbərinə gündəlik, həftəlik və aylıq hesabatları təqdim etmək.
  • İş haqda məlumat:
  • İş qrafiki: 6 gün. Saat 10:00-19:00
  • Əmək haqqı: 650-800 Azn + bonus.
  • Rəsmi əmək müqaviləsi ilə iş.
  • Ünvan- Xətai prospekti, Luxen Plaza. 9-cu mərtəbə.
  • Uyğun namizədlər CV-lərini yalnız PDF formada Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Təhsil mərkəzi administratoru” başlığı ilə göndərə bilərlər. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.
Geri