Vakansiyalar
SA

Telemarketinq və satış üzrə operator

SF Azərbaycan BOKT

Vəzifə öhdəlikləri

  • Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi.
  • Telefon vasitəsilə təqdim olunmuş bazalar əsasında potensial müştərilər ilə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək.
  • Müəssisənin məhsulları, xidmətləri və üstünlükləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi.
  • Zəng zamanı müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək.
  • Potensial müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün xidmət seçimində köməklik göstərmək.
  • Potensial müştəri ilə danışıqlar aparan zaman ortaya çıxan problemləri müvafiq səlahiyyət çərçivəsində həll edə bilmək.
  • Telemarketinq və satış üzrə operator danışıqların nəticələrinin statistikasını aparır, həmçinin mövcud məlumat bazası əsasında müştərilər arasında sorğular aparır.

Niyə biz?

  • İş vaxtı: Növbəli iş rejimi;
  • Əmək haqqı: 600 AZN + 550 AZN KPI bonus;
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya qeyd olunan linkə müraciət edə bilər.
  • https://talent.sage.hr/jobs/fc1caa3f-615d-42e6-b897-99daac364c19
Geri
SA
Telemarketinq və satış üzrə operator
SF Azərbaycan BOKT
Müraciət et
Elan tarixi: 17 avqust 2026
Son müraciət: 17 sentyabr 2026
Mənbə ID 143751
Baxış 1

Detail.Share