Tender üzrə mütəxəssis
Müəssisənin adı: Amper elektrik
Departamentin adı: - Tender
Tabe olduğu vəzifənin adı:Tender üzrə baş mütəxəssis
Əmək funksiyaları:
• Müxtəlif satınalma portalları vasitəsilə tender elanlarını gündəlik olaraq izləyir.
• SOCAR, ABB (CİP) və dövlət satınalma portalları üzərindən mütəmadi tender monitorinqi həyata keçirir.
• Şirkətin fəaliyyət istiqamətlərinə uyğun gələn tender elanlarını təhlil edir və iştirak barədə qərar verilməsi üçün müvafiq məlumatları rəhbərliyə təqdim edir.
• Seçilmiş tenderlərin şərtlər toplusunu analiz edir və tələb olunan sənədlərin toplanması üçün müvafiq dövlət qurumlarına müraciət edir.
• Dövlət tenderləri üzrə tələb olunan sənədləri PDF formatında elektron satınalma sisteminə yükləyir.
• Tender və satınalma prosesləri üçün tələb olunan hüquqi sənədlərin notarial qaydada təsdiqini və digər rəsmi prosedurları "ASAN Xidmət" mərkəzləri vasitəsilə həyata keçirir.
• Kommersiya şirkətlərinin tenderlərində iştirak zamanı zərflər vasitəsilə müraciətlərin təqdim olunmasını həyata keçirir və təqdim edilmiş müraciətləri arxivləşdirir.
• Ehtiyac yarandıqda tender zərflərinin açılış mərasimlərində şirkəti nümayəndə olaraq təmsil edir.
• Tender şərtlərinə uyğun olaraq, müvafiq bank arayışlarının və bank qarantiyası sənədlərinin alınması üçün mühasibatlıq departamenti ilə koordinasiyalı şəkildə çalışır.
• Tenderin alt sənədlərini hazırlayır və texniki sənədlər paketinin toplanaraq təqdim edilməsini təmin edir.
• Məhsullar üzrə mənşə rəyinin alınması üçün müvafiq dövlət strukturlarına müraciət edir.
• Tender proseslərinin optimallaşdırılması məqsədilə digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlıq edir.
• Tender portalından daxil olan sorğuları izləyir və cavablandırır.
• Tender qalibi seçildiyi təqdirdə satınalan tərəf ilə müqavilə bağlanması prosesini icra edir.
• Tender üzrə təhvil verilmiş və veriləcək məhsulların qalıq hesabatlarını tərtib edir.
• Təhvil verilmiş malların siyahısını hazırlayır və e-qaimə kəsilməsi üçün mühasibatlığa təqdim edir.
• Tender öhdəlikləri çərçivəsində təqdim olunan elektron qaimə-fakturaları müşayiət edən sənədlər paketini (təhvil-təslim aktları, keyfiyyət sertifikatları və digər alt sənədləri) hazırlayır
• Satınalan alan təşkilatdan qaimə əsasında ödənişin tələb edir.
• Satınalan şirkətlərin sorğu və şikayətlərini izləyir, mövcud problemlərin həlli üçün müvafiq tədbirlər görür.
• Aylıq tender fəaliyyəti və layihələrin icrası ilə bağlı müvafiq hesabatları hazırlayır.
• Tender iştirak haqlarının və portal istifadə xərclərinin ödənişlərini həyata keçirir.
Təhsil tələbləri:
• Ali təhsil
Staja dair tələb:
• 1 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər:
• Microsoft office
• 1C
İxtisas səriştələri:
• Operativlik
• Çeviklik
• Diqqətlilik
• Vaxtın idarə edilməsi
• Komanda ilə işləmə bacarığı
• İnaddırıcılıq və təqdimetmə bacarığı
• Ünsiyyətcilik
• Müştəri məmnuniyyətinə yönümlülük
• Sertifikat və Lisenziya
• Dövlət satına alma qanunu təlimi
• Dil bilikləri: Azərbaycan dili
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.