Vakansiyalar
OM

Təşkilati İnkişaf üzrə Bölmə müdiri

OBA marketlər şəbəkəsi

Təsvir

• Təşkilati inkişaf layihələrini hazırlamaq və həyata keçirmək;

• Təşkilati strukturu və ştatı təhlil etmək, optimallaşdırmaq və dəyişiklikləri koordinasiya etmək;

• Yeni struktur və funksional dəyişikliklər üzrə təkliflər hazırlamaq;

• Vəzifə təsvirlərini hazırlamaq, yeniləmək və standartlaşdırmaq;

• Biznes proseslərini təhlil etmək və təkmilləşdirmək;

• Change Management və Workforce Planning proseslərini koordinasiya etmək;

• Təşkilati inkişaf üzrə siyasət, prosedur və metodologiyalar hazırlamaq və yeniləmək;

• HR və təşkilati inkişaf layihələrini planlaşdırmaq, icra etmək və monitorinqini aparmaq;

• HR sistemlərinin rəqəmsallaşdırılması və tətbiqi layihələrində iştirak etmək;

• Benchmark araşdırmaları aparmaq və qabaqcıl təcrübələri təhlil etmək;

• Layihələrin nəticələrini ölçmək və effektivliyini qiymətləndirmək;

• Aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin etmək;

• Rəhbərlik üçün təqdimatlar, analitik arayışlar və hesabatlar hazırlamaq;

• Audit və yoxlamalar üçün tələb olunan məlumatları hazırlamaq;

• Təşkilati inkişaf üzrə əməkdaşlara metodoloji dəstək göstərmək.

İş qrafiki: 5 gün, saat 09:00-18:00

Tələblər

  • Ali: İnsan Resursları, Biznesin İdarəedilməsi, Menecment, İqtisadiyyat, Statistika, Riyaziyyat və ya digər uyğun ixtisas üzrə
  • İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi; (Retail üzrə təcrübə üstünlükdür)
  • Təşkilati İnkişaf və ya əlaqəli sahədə minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi.
  • Təşkilati strukturun təhlili və optimallaşdırılması üzrə biliklər;
  • Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi üzrə praktiki biliklər;
  • Vəzifə təsvirlərinin hazırlanması və strukturlaşdırılması üzrə təcrübə;
  • Change Management və Workforce Planning üzrə nəzəri biliklər;
  • Layihələrin idarə olunması və koordinasiyası bacarığı;
  • MS Office proqramları xüsusi ilə Excel yüksək səviyyədə
  • Power BI, Visio və ya digər analitik/proses idarəetmə alətləri üzrə praktika
  • Güclü kommunikasiya və koordinasiya bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Detallara diqqət və yüksək analitik düşüncə;
  • Bir neçə layihəni paralel idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
  • Vakansiya növü - Tam ştat
  • İmtiyazlar
  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi
  • Təlim imkanları
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Geri
OM
Təşkilati İnkişaf üzrə Bölmə müdiri
OBA marketlər şəbəkəsi
Müraciət et
Elan tarixi: 20 avqust 2026
Son müraciət: 20 sentyabr 2026
Mənbə ID 149001
Baxış 1

Detail.Share