Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)
İşin təsviri
• Kamera müşahidə sistemlərinin (CCTV) kabel çəkilişinin və quraşdırılmasının həyata keçirilməsi;
• Yanğın və mühafizə siqnalizasiya sistemlərinin kabel çəkilişi, sensor, siren və digər avadanlıqların quraşdırılmasının icra edilməsi;
• Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi;
• Kabel kanalları, borular və metal konstruksiyaların montajının yerinə yetirilməsi;
• NVR, DVR, switch, PoE switch, access point və digər avadanlıqların fiziki quraşdırılmasının həyata keçirilməsi;
• Avadanlıqların ilkin testinin aparılması və yaranan nasazlıqların aradan qaldırılması;
• Təqdim olunmuş layihə və montaj sxemlərinə dəqiq əməl olunması;
• Görülmüş işlər və cari proses barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.
İş şəraiti:
• İş yeri: Bakı şəhəri;
• 6 günlük iş həftəsi;
• Əmək haqqı 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Tələblər
- Kamera və siqnalizasiya sistemlərinin quraşdırılması sahəsində 1-3 il iş təcrübəsi;
- Elektrik və zəif axın sistemləri üzrə baza bilikləri;
- Kabel çəkilişi və montaj işlərini sərbəst icra etmək bacarığı;
- Elektrik alətlərindən təhlükəsiz istifadə etmək bacarığı;
- Layihə və montaj sxemlərini sərbəst oxumaq bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texnik (kamera, siqnalizasiya və zəif axın sistemləri üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.