Vakansiyalar
BT

Videoqraf

Bioloji Təbabət Klinikası

Vəzifə öhdəlikləri:

• Müxtəlif tədbir, görüş və reportajların video çəkilişini həyata keçirmək.

• Şirkətin fəaliyyəti və layihələri ilə bağlı video kontentin hazırlanması.

• Sosial media üçün Reels, TikTok və digər qısa video kontentləri hazırlamaq.

• Çəkiliş prosesinin əvvəlcədən planlaşdırılması və çəkiliş məkanının hazırlanması.

• Təqdim olunan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək.

• Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək.

• Video çəkilişlər zamanı görüntü və səs keyfiyyətinə nəzarət etmək.

• Hazırlanan video kontentin sosial media platformalarının format və tələblərinə uyğunlaşdırılmasını təmin etmək.

Tələblər

  • Videoqrafiya və ya əlaqəli sahədə 1–3 il iş təcrübəsi;
  • Peşəkar kamera və çəkiliş avadanlıqları ilə işləmə bacarığı;
  • Reportaj, müsahibə və tədbir çəkilişləri üzrə praktiki təcrübə;
  • Yüksək vizual zövq və kadr quruluşu bacarığı;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək bacarığı;
  • Məsuliyyətli, operativ və yaradıcı yanaşma;
  • Peşəkar kamera Sony FX3 ilə işləmə bacarığı
  • Portfolio təqdim edilməsi mütləqdir.
  • İş şəraiti:
  • İş qrafiki: 6 gün
  • İstirahət: Bazar günü, şənbə günü qısa iş günüdür.
  • Əmək haqqı: 800 – 1000 Azn
  • Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Videoqraf” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Geri