AZ
Videoqraf (Korporativ çəkilişlər üzrə)
AzInTelecom
Vəzifə öhdəlikləri
- Müəssisə daxilində və xaricində foto və video çəkilişlərinin həyata keçirilməsi;
- Sosial media platformaları üçün video kontentin çəkilməsi, montajı və hazırlanması;
- Şirkətin məhsul və xidmətlərinin təqdimatı məqsədilə müxtəlif marketinq kanalları üçün foto və video kontentin hazırlanması;
- Korporativ tədbirlərin foto və video çəkilişlərinin həyata keçirilməsi, materialların montajı və müvafiq kommunikasiya kanalları üçün hazırlanması;
- Sosial media hesabları üçün təsdiq edilmiş gündəlik və aylıq kontent planına uyğun Reels və digər qısa formatlı video kontentlərin hazırlanması;
- Müəssisədaxili və xarici sosial layihələr, kampaniyalar və digər tədbirlər üzrə foto və video çəkilişlərinin həyata keçirilməsi;
- Video materialların, reklam və sosial çarxların montajının həyata keçirilməsi və yekun kontentin hazırlanması;
- Çəkilişlərin (foto və video) hesabatının aparılması, arxivləşdirilməsi;
- Çəkiliş və istifadə olunan vizual materiallar üzrə müəllif hüquqları və lisenziya tələblərinə riayət olunmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Brandbook və korporativ brend standartları ilə işləmə təcrübəsi;
- Adobe Premiere Pro, Adobe After Effects, Adobe Photoshop və Adobe Illustrator proqramları üzrə yüksək səviyyədə biliklər;
- Reklam və vizual materialların istifadə qaydaları üzrə biliklər;
- Foto və video materialların, illüstrasiyaların və digər vizual elementlərin hazırlanması və istifadəsi üzrə bacarıqlar;
- Foto və video kontentin hazırlanmasında süni intellekt həllərindən istifadə bacarığı;
- Tapşırıqlar üzrə funksional və yaradıcı həllər təklif etmək bacarığı;
- Yaradıcı və kreativ düşüncə;
- Detallara diqqətlilik;
- Komanda ilə işləmək bacarığı;
- Azərbaycan dili – səlis; İngilis dili – arzuolunan; Rus dili – arzuolunan.
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.