Viza Mütəxəssisi
Qafqaz Təhsil Mərkəzi MMC komandamıza Viza Mütəxəssisi vəzifəsi üzrə təcrübəli, məsuliyyətli və peşəkar əməkdaş axtarır.
Əsas iş istiqamətləri:
• Təhsil vizaları üzrə müştərilərə konsultasiya və sənədləşmə prosesinin aparılması;
• Turistik vizalar üzrə müraciətlərin hazırlanması və müştərilərin yönləndirilməsi;
• İş vizaları üzrə sənədlərin hazırlanması və müraciət prosesinin müşayiət olunması;
• Viza üçün tələb olunan sənədlərin yoxlanılması və sistemləşdirilməsi;
• Viza ərizə formalarının düzgün şəkildə doldurulması;
• Səfirlik, konsulluq və viza mərkəzlərinin tələblərinin izlənilməsi;
• Müştərilərlə operativ və peşəkar ünsiyyətin qurulması;
• Viza müraciətlərinin qəbulundan nəticənin əldə olunmasına qədər prosesin izlənilməsi;
• Viza qaydalarında və prosedurlarda baş verən yeniliklərin mütəmadi izlənilməsi.
Tələblər
- Viza sahəsində iş təcrübəsi mütləqdir;
- Təhsil, turistik və iş vizaları üzrə praktiki bilik və təcrübə;
- Sənədlərlə diqqətli və məsuliyyətli işləmək bacarığı;
- Müştərilərlə düzgün və peşəkar kommunikasiya qurmaq bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- İngilis və/və ya rus dili biliyi üstünlükdür;
- MS Office proqramlarında işləmə bacarığı;
- Operativ, diqqətli və məsuliyyətli olmaq;
- Komandada işləmək bacarığı.
- Üstünlük hesab olunur:
- Şengen, Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələrin viza prosedurları üzrə təcrübə;
- Müxtəlif kateqoriyalı viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə;
- Xaricdə təhsil sahəsində iş təcrübəsi;
- Satış və müştəri xidmətləri sahəsində təcrübə.
- Biz nə təklif edirik?
- Yüksək əmək haqqı
- Yüksək bonus sistemi
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanı;
- Peşəkar komanda ilə işləmək imkanı.
- İş yeri: Caspian Plaza-nın yanı, Nizami metrosuna yaxın ərazi
- Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndərərkən mövzu hissəsində “Viza Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.