Xadimə (idman zalı)
Əsas vəzifə və öhdəliklər
• Məşq zalının (trenajor sahələri, çəki otağı, qrup məşqləri zalı) gündəlik və növbə ərzində davamlı təmizlənməsi;
• Soyunma otaqları, şkaflar, güzgülərin təmizlənməsi;
• Duş kabinələri və sanitar qovşaqların mütəmadi dezinfeksiyası;
• İdman avadanlıqlarının (trenajorlar, çəkilər, döşəmə örtükləri) səthlərinin təmizlənməsi və dezinfeksiya edilməsi;
• Resepşn, gözləmə zonası və ümumi sahələrin səliqəli saxlanması;
• Zibil qutularının vaxtında boşaldılması;
• Sanitar-gigiyenik ləvazimatların (sabun, dezinfeksiyaedici, dəsmal, tualet kağızı və s.) ehtiyatına nəzarət və vaxtında bildirmə;
• Təmizlik vasitələrinin təyinatına uyğun və qənaətli istifadəsi;
• Növbə təhvil-təslimi zamanı vəziyyət barədə məlumat vermək;
• Təhlükəsizlik, əmək mühafizəsi və gigiyena qaydalarına ciddi riayət.
Tələblər
- İş təcrübəsi: Bu sahədə təcrübə üstünlükdür, lakin mütləq deyil
- Fiziki hazırlıq: Növbəli və hərəkətli iş rejiminə uyğunluq (idman zalı mühitində fəal iş)
- Şəxsi keyfiyyətlər: Səliqəlilik, məsuliyyətlilik, dəqiqlik, dözümlülük, dürüstlük
- İş şəraiti
- İş yeri: Atom İdman Zalı (Statistika filialı)
- İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.