Vakansiyalar
FB

Xilasedici (Lifeguard)

Fairmont Baku

Əmək funksiyası

• Otelin və beynəlxalq standartların tələblərinə uyğun yüksək səviyyədə gigiyena və təmizliyi təmin etmək.

• Qonaqlara nəzakətli, səmimi, peşəkar və yüksək keyfiyyətli xidmət göstərmək.

• Qonaqların ehtiyaclarını vaxtında müəyyən etmək və lazım gəldikdə onlara köməklik göstərmək.

• Otelin müəyyən etdiyi prosedurlara və yoxlama siyahılarına uyğun olaraq hovuzun açılış və bağlanış proseslərini həyata keçirmək.

• Hovuz və şezlonq ərazisində istifadə olunmuş dəsmalları qonaqları narahat etmədən toplamaq və yuyulması üçün aidiyyəti şöbəyə təhvil vermək.

• Hovuz ərazisində qonaqların təhlükəsizliyinə nəzarət etmək və riskləri əvvəlcədən müəyyən edərək mümkün təhlükələrin qarşısını almaq.

• Qonaqlara hovuz təhlükəsizliyi qaydaları ilə bağlı məlumat və tövsiyələr vermək.

• Ehtiyac yarandıqda ilkin tibbi yardım göstərmək və fövqəladə hallarda müəyyən edilmiş prosedurlara uyğun hərəkət etmək.

• Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək və təhlükəsiz iş mühitinin qorunmasına fəal töhfə vermək.

• Hovuzun daxilində və ətrafında yerləşən avadanlıq və əşyaların işlək vəziyyətdə olmasını yoxlamaq, aşkar edilmiş nasazlıqlar barədə məsul şəxslərə məlumat vermək.

• Hovuz suyunda xlor və pH səviyyələrinə, həmçinin suyun temperaturuna nəzarət etmək və nəticələri müvafiq qaydada qeyd etmək.

• Hovuz ərazisinin otelin və beynəlxalq sağlamlıq və təhlükəsizlik standartlarına uyğun olaraq daim təmiz, səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək.

Tələblər

  • Xilasedici vəzifəsi üzrə müvafiq təcrübənin olması üstünlükdür.
  • Hovuz təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydaları barədə məlumatlı olmaq.
  • İlkin yardım göstərmək bacarığına və müvafiq sertifikata sahib olmaq üstünlükdür.
  • Yaxşı üzgüçülük bacarığı və fiziki dözümlülük.
  • Sağlamlıq və təhlükəsizlik standartlarını bilmək və onlara ciddi şəkildə riayət etmək.
  • Qonaqlarla ünsiyyət qurmaq və yüksək səviyyədə müştəri xidməti göstərmək bacarığı.
  • Nəzakətli, diqqətli, məsuliyyətli və operativ olmaq.
  • Komandada işləmək və digər əməkdaşlarla effektiv əməkdaşlıq etmək bacarığı.
  • Stressli və fövqəladə vəziyyətlərdə sakit və düzgün qərar qəbul etmək bacarığı.
  • Azərbaycan dilində sərbəst danışıq; ingilis dili biliyi üstünlükdür.
  • Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Geri