A-
1C Data Admin
Agro - West DC LLC
İşçiyə qoyulan tələblər:
• Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
• 1C proqram təminatı (xüsusilə 1C Retail sahəsində) üzrə minimum 3 il iş təcrübəsi;
• 1C proqramlaşdırma üzrə kodlaşdırma biliklərinin olması üstünlükdür;
• MS SQL Server və digər verilənlər bazası idarəetmə sistemləri üzrə biliklər;
• Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
• Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
• Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.
Responsibilities
- Mağazalarda 1C proqram təminatının quraşdırılması, sazlanması və işə salınması;
- 1C Retail və digər mühasibat modullarında yaranan texniki nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
- İstifadəçi hüquqlarının idarə olunması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi;
- Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yaradılması və bərpası prosesinə nəzarət;
- Proqram təminatının yenilənmələrinin tətbiqi və yeni funksionallıqların işə salınması;
- 1C ilə inteqrasiya olunan kassa sistemləri, barkod skanerləri, çəkilər və digər avadanlıqların düzgün işləməsinin təmin olunması;
- Filiallardan gələn texniki sorğuların qəbul edilməsi, qeydiyyata alınması və həllinə nəzarət;
- Yeni filialların açılış prosesində 1C proqram təminatının qurulması;
- Sistem performansının izlənməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
- IT və Mühasibatlıq şöbəsi ilə sıx əməkdaşlıq edərək iş proseslərinin fasiləsizliyinin təmin edilməsi.
Why join us?
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 09:00 – 18:00;
- İstirahət günləri: Şənbə və Bazar.
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək.
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “1C Data Admin” başlığı ilə göndərə bilərlər.
- Qeyd: Mövzuda vakansiya adı qeyd olunmadığı halda müraciətinizə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.