Alman dili müəlliməsi / müəllimi

Alman dili müəllimi — Onlayn/Hibrid (layihə əsaslı əməkdaşlıq)

Solvante Group MMC — Azərbaycandan Almaniyaya iş vizası və Ausbildung istiqamətində gedən namizədlərə dəstək olan konsaltinq şirkətidir. Alman dili hazırlıq proqramımız üçün müəllim axtarırıq.

Bu vakansiya kimlər üçündür:

Yeni məzun olmuş və ya tədris təcrübəsi az olan, lakin alman dilini yaxşı bilən və işini ciddi aparan namizədlər üçün. Təcrübə tələb olunmur — proqram, dərs planı və materiallar tərəfimizdən verilir.

Nə təklif edirik:

Tələbələri biz tapırıq — reklam, müraciət və qeydiyyat bizim üzərimizdədir, siz yalnız tədrisə fokuslanırsınız

Hazır proqram və dərs planı — sıfırdan müfredat qurmağa ehtiyac yoxdur

Çevik qrafik: A1 səviyyəsi həftədə 3 dərs, A2 səviyyəsi həftədə 2 dərs

Onlayn və ya ofisdə (AF MALL, Səməd Vurğun 34) çalışma imkanı

Danışıq dərsləri ayrıca tərəfimizdən aparılır — sizin yükünüz yalnız qrammatika və kitab üzrə tədrisdir

Layihə əsaslı ödəniş: qrup və tələbə sayına görə. Proqram genişləndikcə ödəniş modeli də yenidən nəzərdən keçirilir

Uzunmüddətli əməkdaşlıq imkanı — məqsədimiz daimi komanda qurmaqdır

Qeyd: Bu vakansiya sabit aylıq əmək haqqı deyil, layihə əsaslı əməkdaşlıq formatındadır. Şərtlər müsahibə zamanı ətraflı müzakirə olunur.

Müraciət:

CV-nizi info@solvante.de ünvanına göndərin.

Seçilmiş namizədlər müsabiqəyə dəvət ediləcək.