Aparıcı geodeziya mühəndisi
Təsvir
• Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
• Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
• Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
• Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək;
• Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
• İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
• Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
• Zəruri hesabatların hazırlanmasını təmin etmək;
• Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
• Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
Requirements
- Ali təhsil: Geodeziya mühəndisliyi üzrə ali təhsil ;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – orta;
- Kompüter bilikləri: MS Office, AutoCAD, AutoCAD Civil 3D;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.