Vacancies
AH

Aparıcı Mühasib

Azera Holding

AZERA Holding-in tərkibində fəaliyyət göstərən “Kraun Ko-R” MMC komandasına peşəkar və məsuliyyətli Aparıcı Mühasib axtarır.

Əsas vəzifələr:

• Maliyyə uçotunun qanunvericiliyə və mühasibat standartlarına uyğun aparılması;

• Vergi və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;

• İstehsal xərclərinin uçotunun aparılması və təhlili;

• Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılmasının həyata keçirilməsi;

• Dövri maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;

• Maliyyə göstəricilərinin təhlili, gəlir və xərclərin monitorinqi;

• Pul vəsaitlərinin idarə olunması, bank əməliyyatlarının icrasına nəzarət;

• Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi;

• Mühasibat uçotu üzrə daxili prosedurlara və normativ sənədlərə riayət edilməsi.

Requirements

  • Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Aparıcı mühasib və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
  • AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və maliyyə qanunvericiliyi üzrə biliklər;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • Microsoft Office, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
  • Analitik düşünmə, məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı;
  • Stress altında işləmək və qərarvermə bacarığı.

Why join us?

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Korporativ iş mühiti;
  • Stabil və uzunmüddətli əməkdaşlıq.
  • Əmək haqqı -1500 Azn
  • CV-nizi "Aparıcı Mühasib – Kraun Ko-R MMC" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Back