Vacancies
AH

Aşpaz köməkçisi

Absheron Hospitality Group MMC

Əsas öhdəliklə

• İnqrediyentlərin hazırlanması, o cümlədən doğranması, soyulması və marinadlanması;

• Aşpazın iş bölgüsü əsasında təyin olunmuş sahələrdə yeməklərin hazırlanması və bişirilməsi proseslərini icra etmək;

• Ərzaqların qəbulunda və çeşidlənməsində, yerləşdirilməsində iştirak etmək;

• Qida məhsullarının düzgün saxlanmasına, temperatur rejiminə və yararlılıq müddətinə nəzarət etmək;

• Məhsulların keyfiyyətinə, təzəliyinə və yararlılıq müddətinə nəzarət etmək və uyğunsuzluq aşkar edildikdə aşpaz və ya baş aşpaza məlumat vermək;

• Məhsulların bişirilməyə hazır vəziyyətə gətirilməsi üçün porsiyalanmasını təmin etmək;

• Hazırlanmış yeməklərin porsiya ölçülərinə və təqdimat standartlarına uyğun şəkildə verilməsini təmin etmək;

• İş masalarının, mətbəx inventarının və istifadə olunan sahənin təmiz saxlanmasını təmin etmək;

• Qab-qacağın, mətbəx alətlərinin və istifadə olunan avadanlıqların təmizliyini təmin etmək;

• Kiçik aşpazların iş bölgüsü əsasında çalışmasına nəzarət etmək;

• Yeni işə başlayan işçiləri mətbəxlə tanış etmək, onların lazımi avadanlıqlarla təmin olunmasına köməklik göstərmək;

• Qida təhlükəsizliyi və sanitariya normalarına (HACCP standartları) əməl etmək;

• Şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək;

Vəzifə üzrə əsas tələblər:

• Müvafiq sahədə 3 il iş təcrübəsinin olması;

• İtalyan mətbəxində iş təcrübəsinin olması

• İş prosesini planlaşdırmaq və hazırlıq işini idarə etmək bacarığının olması;

• Komanda ilə işləmək bacarığının olması;

• Mətbəx avadanlıqlarından istifadə bacarığının olması;

• Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək;

• Ərzaqların saxlanma qaydalarını bilmək;

• Sürətli və səliqəli işləmək;

• Diqqətli olmaq və detallara önəm vermək;

“Absheron Hospitality Group” MMC “Aşpaz köməkçisi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Back