B2C Satış Mütəxəssisi
B2C Satış Mütəxəssisi axtarırıq!
Əsas vəzifələr:
• Potensial müştərilərlə əlaqə yaratmaq və onların ehtiyaclarını müəyyənləşdirmək;
• Təlim və xidmətlərimiz barədə peşəkar təqdimat aparmaq;
• Satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək;
• Mövcud müştəri bazası ilə işləmək və uzunmüddətli əməkdaşlıq qurmaq;
• Satış hədəflərinə nail olmaq və nəticələri mütəmadi hesabatlandırmaq.
Namizəddən gözləntilər:
• Satış sahəsində təcrübə (B2C sahəsində təcrübəyə üstünlük verilir);
• Azərbaycan dilində səlis danışıq və yazı, rus dili biliyi üstünlükdür;
• Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
• Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
• CRM sistemləri ilə işləmək bacarığı üstünlük hesab olunur.
Biz nə təklif edirik?
• Rəqabətqabiliyyətli əməkhaqqı + performansa əsaslanan bonus sistemi;
• Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
• Davamlı təlim və mentorluq dəstəyi;
• Güclü komanda və müasir iş mühiti;
Əgər bu vakansiya sizi maraqlandırırsa, CV-nizi bizimlə paylaşın və BMG International komandasının bir hissəsi olun.
Əlaqə: 010 234 41 46
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.