Vacancies
FM

Baş mühasib

FCC MMC

İş yeri: Bakı

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00

Əməkhaqqı 2000-2500 Azn

Responsibilities

  • Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil və idarə olunmasını təmin etmək;
  • Maliyyə, vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Vergi öhdəliklərinin düzgün hesablanmasına və yerinə yetirilməsinə nəzarət etmək;
  • Bank əməliyyatları, kassa əməliyyatları və ödəniş proseslərini idarə etmək;
  • Debitor və kreditor borclarına nəzarət etmək;
  • Elektron qaimə-fakturaların, e-qaimələrin və digər elektron maliyyə sənədlərinin hazırlanmasına nəzarət etmək;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
  • Daxili maliyyə nəzarəti və risklərin idarə olunması proseslərini təşkil etmək;

Requirements

  • Yaş həddi: 30–55 yaş
  • Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
  • İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 5 il, o cümlədən Baş mühasib və ya Aparıcı mühasib vəzifəsində iş təcrübəsi
  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Baş mühasib və ya Aparıcı mühasib kimi rəhbər vəzifədə iş təcrübəsi;
  • 1C (və ya digər ERP proqramları) və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu üzrə normativ-hüquqi aktları yaxşı bilmək;
  • Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və planlaşdırma bacarığı;
  • Komandanı idarəetmə və qərarvermə bacarığı;
  • PMS peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür.
  • Şirkət tərəfindən təklif olunur
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
  • Stabil və uzunmüddətli iş imkanı;
  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Məktubun mövzu hissəsində “Baş mühasib” qeyd edilməsi xahiş olunur.
Back