Brend kommunikasiyaları şöbəsinin rəhbəri
Təsvir
• Brend mövqeləndirilməsi və kommunikasiya strategiyasının, eləcə də büdcəsinin planlaşdırılması, idarə olunması və monitorinqi;
• Brend Kommunikasiyaları komandası üçün məqsədlərin müəyyən edilməsi və komanda üzvlərinin fəaliyyətinin monitorinqi;
• Brendin bazarda fərqləndirilməsini və yadda qalmasını gücləndirən təşəbbüslərin həyata keçirilməsi;
• Brend Kommunikasiyaları fəaliyyyətinin effektivliyi üzrə hesabatların təqdim edilməsi/media və PR münasibətlərinin idarə olunması;
• Media ilə uzunmüddətli və etibarlı münasibətlərin qurulması və inkişaf etdirilməsi;
• PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
• Mətbuat relizləri, müsahibələr və media çıxışlarının koordinasiyası;
• Brend reputasiyasının qorunması və potensial kommunikasiya risklərinin idarə olunması/tədbirlər və brend aktivliklərinin idarə edilməsi;
• Müxtəlif istiqamətli tədbirlərin (BTL kampaniyaları, reklam kampaniyaları, açılış mərasimləri, təqdimatlar, mətbuat konfransları, brifinqlər, press-turlar və s.) planlaşdırılması və təşkilinə rəhbərlik edilməsi, monitorinqi və effektivliyinin qiymətləndirilməsi;
• Tədbirlərin brend strategiyasına və kommunikasiya məqsədlərinə uyğunluğunun təmin edilməsi;
• Tədbir formatlarının inkişaf etdirilməsi və auditoriya ilə emosional əlaqə yaradan təcrübələrin formalaşdırılması/ KSM və sponsorluq layihələrinin idarə edilməsi;
• Şirkətin KSM (Korporativ Sosial Məsuliyyət) strategiyasının inkişaf etdirilməsi, strategiyaya uyğun sosial layihələrin təşkili və idarə olunması;
• Sosial və ictimai təşəbbüslər vasitəsilə brend reputasiyasının gücləndirilməsi;
• Sponsorluq layihələrinin seçimi, qiymətləndirilməsi və koordinasiyası/ daxili kommunikasiyalara dəstək göstərilməsi;
• HR departamentinin Daxili Kommunikasiyalar bölməsi ilə birlikdə əməkdaşlara yönəlik BK layihələrinin həyata keçirilməsi;
• Şirkətin “employer branding” təşəbbüslərinin dəstəklənməsi və daxili imicinin gücləndirilməsi;
• Əməkdaşların cəlb olunmasını və korporativ mədəniyyətin gücləndirilməsini hədəfləyən “Kontakt Life” xüsusi layihəsinin strategiyasının hazırlanması, idarə olunması və monitorinqi;
• Əməkdaş bağlılığını artırmaq və şirkət dəyərlərini möhkəmləndirmək məqsədilə daxili kommunikasiya kampaniyalarının və kontentin hazırlanması.
Requirements
- Ali təhsil (Marketinq, PR və ya oxşar sahələr);
- Brend kommunikasiyaları, PR və ya marketinq sahəsində minimum 5–7 il iş təcrübəsi;
- Media, tədbirlər və PR layihələrinin idarə olunması üzrə təcrübə;
- Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili üstünlükdür;
- Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
- Strateji düşüncə və kompleks kommunikasiya layihələrini idarə etmə bacarığı;
- Komanda idarəçiliyi və layihə koordinasiyası təcrübəsi;
- Yüksək təşkilatçılıq bacarığı və detallara diqqət;
- Brend reputasiyası və ictimai kommunikasiya prinsiplərini yaxşı anlama.
- Vakansiya növü - Tam ştat
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.