Vacancies
PT

Bulud həlləri üzrə arxitektor

PASHA Technology

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” MMC  “Bulud həlləri üzrə arxitektor” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

• 99,99% və daha yüksək əlçatanlıq SLA göstəricilərinin təmin edilməsi məqsədilə miqyaslana bilən, yüksək etibarlılığa malik multi-tenant IaaS və PaaS arxitekturalarının layihələndirilməsi, qurulması və optimallaşdırılması.

• Özəl, ictimai və hibrid bulud inteqrasiya modellərinin, multi-region tenant arxitekturasının və müxtəlif bulud mühitləri arasında iş yüklərinin (workload) daşınması mexanizmlərinin layihələndirilməsi.

• VMware Cloud Director və Aria Automation vasitəsilə tenant-ların izolyasiyası, resurs istifadəsinin ölçülməsi və xərclərin bölüşdürülməsi (metering/chargeback), kvotaların idarə edilməsi və self-service kataloqları üzrə standartların müəyyən edilməsi və aktual saxlanılması.

• Cloud-native tətbiqlər, strukturlaşdırılmamış məlumatlar və dəyişdirilməz (immutable) backup repozitoriyaları üçün yüksək performanslı S3-compatible Object Storage səviyyələrinin arxitekturasının hazırlanması.

• High-Level Design (HLD), Low-Level Design (LLD), Bill of Materials (BoM) və tenant onboarding çərçivələri daxil olmaqla əhatəli arxitektura sənədlərinin hazırlanması və aktual saxlanılması.

• Red Hat OpenShift Container Platform (OCP) və korporativ Kubernetes (Tanzu / OKD) əsasında dayanıqlı və geniş miqyaslı konteyner orkestrasiya platformalarının layihələndirilməsi.

• Cloud-native storage qatlarının (OpenShift Data Foundation – ODF, CSI driver-lər, vSAN/SAN backend-lər), eləcə də qabaqcıl şəbəkə həllərinin (OVN-Kubernetes, CNI plugin-lər, Service Mesh / Istio) inteqrasiya edilməsi.

• DevOps komandaları ilə əməkdaşlıq çərçivəsində CI/CD deployment pipeline-larının (GitOps, ArgoCD, Jenkins) və konteyner image-lərinin idarə olunması mexanizmlərinin (Red Hat Quay, Harbor) layihələndirilməsi.

• Terraform, Ansible və Python/Bash skriptlərindən istifadə etməklə cloud tenant-ların yaradılması, şəbəkə topologiyalarının və Day-2 əməliyyatlarının avtomatlaşdırılması üçün Infrastructure as Code (IaC) və konfiqurasiya idarəetmə yanaşmalarının tətbiq edilməsi və inkişaf etdirilməsi.

• Avtomatlaşdırılmış cloud monitoring, telemetry və observability həllərinin (VMware Aria Operations, Prometheus, Grafana, ELK/OpenSearch) tətbiq edilməsi.

• Virtual, fiziki və konteynerləşdirilmiş iş yükləri üçün korporativ Backup-as-a-Service (BaaS) və Disaster Recovery-as-a-Service (DRaaS) çərçivələrinin layihələndirilməsi.

• Veeam Backup & Replication / Veeam Cloud Connect, S3 Object Lock və tape/secondary SAN səviyyələrindən istifadə etməklə dəyişdirilməz (immutable) və ransomware hücumlarına qarşı dayanıqlı backup arxitekturalarının tətbiq edilməsi.

• Zerto, VMware SRM və data mərkəzləri arasında SDN stretch topologiyalarından istifadə etməklə avtomatlaşdırılmış site failover/failback proseslərini təmin edən zero-RPO / near-zero-RTO Disaster Recovery arxitekturalarının layihələndirilməsi.

• Sıfır Etimad (Zero Trust) təhlükəsizlik prinsiplərinin bulud infrastrukturu arxitekturasına inteqrasiya edilməsi, o cümlədən mikroseqmentasiya (VMware NSX-T), paylanmış şəbəkə ekranı (Distributed Firewall), müasir yük balanslaşdırılması (Load Balancing) və TLS/mTLS həllərinin tətbiq edilməsi.

• İnfrastrukturun yerli tənzimləyici tələblərə, maliyyə sektorunun informasiya təhlükəsizliyi çərçivələrinə və beynəlxalq bulud standartlarına (ISO 27001, PCI-DSS) uyğunluğunun təmin edilməsi.

• Tier-3/4 səviyyəli mürəkkəb texniki məsələlər üzrə arxitektura eskalasiyalarına dəstəyin göstərilməsi, Bulud əməliyyatları, Sistem Mühəndisliyi və Texniki Dəstək komandalarına mentorluğun təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

• Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.

Təcrübə və bacarıqlar

• Korporativ İT infrastrukturu və virtuallaşdırma sahəsində minimum 8 il praktiki iş təcrübəsi, o cümlədən Solutions Architect, Cloud Architect və ya Principal Systems Engineer rolunda minimum 3 il iş təcrübəsinin olması. Platforma xidmətləri və bulud infrastrukturu (hesablama, yaddaş, şəbəkə, müşahidə olunma) üzrə sübut edilmiş təcrübə.

• Cloud Service Provider (CSP), Managed Service Provider (MSP), Tier-1 telekommunikasiya şirkəti və ya iri korporativ/bank mühitində müvafiq iş təcrübəsinin olması.

• Mürəkkəb multi-site infrastrukturun modernləşdirilməsi, cloud migration və tam həll (turnkey) tenant deployment layihələrinin həyata keçirilməsi üzrə praktiki təcrübənin olması. Sistem performansı, miqyaslana bilmə, keşləmə və dayanıqlılıq nümunələri üzrə güclü biliklər;

• Bulud Platformaları və Virtuallaşdırma: VMware SDDC arxitekturası – vSphere/vCenter 8.x, VMware Cloud Director (vCloud Director), vSAN və Aria Suite (Automation / Operations) üzrə dərin ekspert biliklərinin olması.

• Konteyner Ekosistemi: Red Hat OpenShift (OCP), Kubernetes, Container Storage Interface (CSI), Helm və ODF/Ceph üzrə güclü arxitektura və əməliyyat təcrübəsinin olması.

• Avtomatlaşdırma və Bulud Texnologiyaları: Terraform (VMware/vCD provider-ləri), Ansible, REST API-lər və multi-tenant mühitlərin avtomatlaşdırılması üzrə praktiki bilik və təcrübənin olması.

• Storage & Object Storage: SAN/NAS storage sistemləri (HPE 3PAR/Primera/Alletra, Pure Storage, Brocade/Cisco FC) və S3-compatible Object Storage üzrə geniş bilik və təcrübənin olması.

• Software-Defined Networking: VMware NSX / NSX-T, Edge Gateway routing (BGP, OSPF), micro-segmentation və qabaqcıl load balancing texnologiyaları üzrə güclü ekspertizanın olması.

• Backup & DR: Korporativ BaaS/DRaaS platformaları – Veeam (B&R, Cloud Connect, Kasten K10) və Zerto vasitəsilə Continuous Data Protection üzrə dərin biliklərin olması.

• Public & Hybrid Cloud – üstünlükdür: AWS/Azure Hybrid Cloud connectivity arxitekturaları və Cloud Landing Zone yanaşmaları üzrə bilik və təcrübənin olması.

Aşağıdakı sertifikatların olması üstünlük hesab edilir:

• Red Hat: Red Hat Certified Specialist in OpenShift Administration və ya RHCSA/RHCE.

• VMware: VCP / VCAP – Cloud Management & Automation, Data Center Virtualization və ya Network Virtualization.

• Cloud / Automation / DR: HashiCorp Certified: Terraform Associate, Veeam Certified Engineer (VMCE) / Architect (VMCA) və ya Certified Kubernetes Administrator (CKA).

Dil bilikləri:

• Azərbaycan dili - Ana dili

• İngilis dili - Yaxşı

• Rus dili – Yaxşı

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Back