Vacancies
KR

Daşınmaz əmlak üzrə analitik

Kristal

Vəzifə öhdəlikləri:

• Daşınmaz əmlak bazarının mütəmadi monitorinqinin aparılması;

• Mənzil, kommersiya, torpaq və digər əmlak seqmentləri üzrə bazar məlumatlarının toplanması;

• Satış və icarə qiymətlərinin araşdırılması və müqayisəli təhlili;

• Rayon və ərazilər üzrə qiymət dinamikasının izlənilməsi;

• Əmlakların bazar dəyərinə təsir edən əsas amillərin müəyyənləşdirilməsi;

• Müqayisəli bazar təhlillərinin aparılması;

• Əmlak portfelinin dəyərinin və dinamikasının təhlil edilməsi;

• Əmlakların gəlirlilik və investisiya potensialının qiymətləndirilməsi;

• Bazar tendensiyalarının, risklərin və potensial imkanların müəyyənləşdirilməsi;

• Yeni daşınmaz əmlak layihələrinin və bazar iştirakçılarının araşdırılması;

• Toplanmış məlumatların sistemləşdirilməsi və məlumat bazasının formalaşdırılması;

• Aylıq, rüblük və illik analitik hesabatların hazırlanması;

• Rəhbərlik üçün analitik arayışların, təqdimatların və statistik materialların hazırlanması;

• Əmlakların alışı, satışı, icarəsi və investisiya qərarları üzrə analitik əsaslandırmaların hazırlanmasında iştirak;

• Bazar məlumatları əsasında qiymət dəyişiklikləri üzrə proqnoz və analitik təkliflərin hazırlanması.

Requirements

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, statistika, daşınmaz əmlak, şəhərsalma və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Sahə üzrə 5 il iş təcrübəsi;
  • Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
  • Daşınmaz əmlak bazarına dair bilik və maraq;
  • Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Statistik məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
  • Məlumatları müxtəlif mənbələrdən toplamaq, yoxlamaq və sistemləşdirmək bacarığı;
  • Analitik nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür.
  • İş şəraiti:
  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
  • Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daşınmaz əmlak üzrə analitik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Back