Vacancies
PM

Direktor köməkçisi

Premium Mining

İş əşraiti

• İş yeri: Bakı şəhəri, Şıxov qəsəbəsi

• İş rejimi: 5 gün 09:00 – 17:00

• Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir

Responsibilities

  • Direktorun gündəlik iş qrafikini, görüşlərini və iclaslarını planlaşdırmaq və koordinasiya etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təşkil etmək və icra vəziyyətinə nəzarət etmək;
  • Rəhbərliyin imzasına təqdim ediləcək sənədləri yoxlamaq, sistemləşdirmək və hazırlanmasını təşkil etmək;
  • Rəhbərliyin daxili və xarici yazışmalarını hazırlamaq, məktub və digər rəsmi sənədləri tərtib etmək;
  • İclasların təşkili, protokolların hazırlanması və qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
  • Rəhbərliyin ezamiyyətlərinin təşkili, bilet, hotel və digər inzibati məsələlərin koordinasiyasını həyata keçirmək;
  • Müxtəlif hesabatların, təqdimatların və məlumat arayışlarının hazırlanmasında iştirak etmək;
  • Müəssisənin struktur bölmələri ilə operativ əlaqələndirməni təmin etmək və informasiya mübadiləsini koordinasiya etmək;
  • Məxfi sənədlərin və məlumatların qorunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Requirements

  • Ali təhsil (İdarəetmə, Biznesin idarə edilməsi, Hüquq, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə);
  • Direktor köməkçisi, ofis meneceri, inzibati işlər üzrə mütəxəssis və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək üstünlükdür;
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) yüksək səviyyədə işləmək bacarığı;
  • Rəsmi yazışma, sənədləşmə və işgüzar ünsiyyət qaydalarını bilmək;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
  • Analitik düşünmə, operativ qərarvermə və problemlərin həlli bacarığı;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və məxfi məlumatlarla işləmək bacarığı.
  • Şəxsi keyfiyyətlər:
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Təşkilatçılıq və koordinasiya bacarığı;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Stressə davamlılıq və operativ işləmək bacarığı;
  • Etik davranış və peşəkarlıq;
  • Komandada işləmək və effektiv əməkdaşlıq bacarığı.
  • Təklif edirik:
  • Stabil və uzunmüddətli iş imkanı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Korporativ və peşəkar iş mühiti;
  • Karyera yüksəlişi perspektivi.
  • Maraqlanan namizədlər CV-lərini vakansiyanın adı "Direktor köməkçisi" qeyd edilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Back