Fəhlə (anbar)
İş yeri – Xırdalan şəhəri, anbar.
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
• Fiziki işləri yerinə yetirmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
• Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq;
• AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
• Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək;
• Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq;
• Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək;
• Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək;
• Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək;
• Sayım və inventarizasiya proseslərində iştirak etmək;
• Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
• Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək;
• Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
• Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş şəraiti:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• 6 günlük iş rejimi;
• İş yeri – Xırdalan şəhəri,anbar;
• Əmək haqqı - 650 Azn;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Fəhlə (anbar)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.