Vacancies
PC

Hüquq sahəsi üzrə Təcrübə Proqramı

Performance Center Co

“Performance Center” və “Melissa Group” Hüquq sahəsi üzrə Təcrübə Proqramı elan edir.

Karyerasını vəkillik sahəsində inkişaf etdirmək və hüquqi biliklərini təkmilləşdirmək istəyən hüquqşünasların nəzərinə!

“Performance Center” və “Melissa Group” şirkətləri Hüquq sahəsi üzrə 3 aylıq Təcrübə Proqramını elan edir.

Proqramın Detalları: Müsahibə əsasında seçilmiş təcrübəçilər, proqramın ilk günündən etibarən təcrübəli vəkillərin rəhbərliyi altında nəzəri və praktiki biliklər qazanmaq imkanı əldə edəcəklər. Təcrübə dövründə, qanunvericiliyə uyğun olaraq, onlarla əmək müqaviləsi bağlanacaq. Proqramı uğurla tamamlayan və daxili qiymətləndirmədən müvəffəqiyyətlə keçən namizədlər isə Hüquq şöbəsində ən azı 2 illik işlə təmin ediləcəklər.

Requirements

  • Təhsil: Hüquq üzrə ali təhsil;
  • Bilik: MC Office proqramları (xüsusilə MS Word yüksək səviyyədə);
  • Dil bacarıqları: Azərbaycan dilini yazılı və şifahi olaraq mükəmməl bilməlidir;
  • Təcrübə tələb olunmur;

Responsibilities

  • İddia ərizələrinin tərtib olunması;
  • Sənədlərin təhlili və elektron məhkəmə informasiya sisteminə yüklənməsi;
  • Məhkəmə və icra işlərinin təqib olunması;
  • Hüquqi məsələlərlə bağlı müqavilələrin, məktubların, ərizələrin, şikayətlərin və digər sənədlərin hazırlanmasında iştirak.
  • İş Şəraiti:
  • İş qrafiki: Həftədə 5 gün, saat 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: 500 AZN.
  • Əgər siz bu tələblərə uyğun gəlirsinizsə və hüquq sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, CV-nizi məktubun mövzu hissəsində “Təcrübəçi hüquqşünas” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Back
PC
Hüquq sahəsi üzrə Təcrübə Proqramı
Performance Center Co
Apply Now
Posted: 25 August 2026
Deadline: 25 September 2026
Source ID 149370
Views 4

Detail.Share