İnşaat Mühəndisi (Sahə)
İş şəraiti
• İş qrafiki: 6 günlük iş həftəsi
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
• Əmək haqqı 1500 Azn
• İş yeri: Bakı
Vəzifənin məqsədi
• Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
• Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
• Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
• Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
• Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
• Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
• Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
• Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
• Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)
Namizədə tələblər (mütləq)
• Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
• Minimum 2 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
• AutoCAD bilikləri
• Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
• Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
• Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
• Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı
Üstünlükdür
• Revit / Civil 3D / Microsoft Project bilikləri
• Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma
• Təcrübəli namizədlər müraciət etsin zəhmət olmasa
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiya adını qeyd edərək göndərə bilərsiniz.