İnsan Resursları üzrə mütəxəssis
Komandamıza İnsan Resursları üzrə mütəxəssis axtarırıq.
Namizəddən tələblər
• Ali təhsilli olması
• İnsan Resursları üzrə minimum 1il iş təcrübəsi
• Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı
• ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformalarında sərbəst işləmə bacarığı
• Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
Əsas vəzifə öhdəlikləri:
• Müvafiq kadr əmrlərinin hazırlanması ( işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əməkhaqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi
• Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi
• Müxtəlif arayışların təmin edilməsi
• Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi
İş şəraiti:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
• 5 günlük iş rejimi
• Əməkhaqqı müsahibə nəticəsində təyin olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.