Vacancies
ZP

İR üzrə Biznes Tərəfdaş

Zeytun Pharmaceuticals

Requirements

  • Ali təhsil müvafiq sahədə;
  • İR sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, ingilis dilində yüksək səviyyədə ünsiyyət və yazılı kommunikasiya bacarığı;
  • Microsoft Office  bilikləri- yüksək səviyyədə Excel bilikləri ;
  • Analitik düşüncə,hesabatlılıq səriştələri;
  • Əmək qanunvericiliyi bilikləri.
  • Əsas öhdəliklər:
  • Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək.
  • Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi-daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək;
  • Namizədlərlə ilkin müsahibələri keçirmək, müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək,müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
  • İR üzrə siyasət və prosedurlarının tətbiqi və riayət olunmasına nəzarət etmək;
  • Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya;
  • Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq;
  • Görülən işlərlə bağlı  həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.
  • İş şəraiti:
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • KPİ dəyərləndirmə əsasında bonus;
  • Əmək haqqı 1800-2000 Azn.
  • Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Back