Katibə / İdarə Heyətinin katibliyi
Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin fəaliyyəti ilə bağlı rəhbərliyin baxışı, təsdiqi və imzası üçün təqdim olunan sənədləri qəbul etmək, müvafiq qaydada hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Daxil olan məlumat və sənədlərin təyinatı üzrə təsnifatını, sistemləşdirilməsini və qeydiyyatını həyata keçirmək;
• Rəhbərliyin imzasına təqdim olunan sənədləri gün ərzində cəmləşdirərək müəyyən edilmiş qaydada rəhbərliyə təqdim etmək;
• Rəhbərliyin tələb etdiyi məlumatların aidiyyəti struktur bölmələrdən əldə olunmasını koordinasiya etmək və toplanmış məlumatları rəhbərliyə təqdim etmək;
• Rəhbərliyin Cəmiyyətin struktur bölmələri və digər qurumlarla telefon və digər kommunikasiya vasitələri üzərindən əlaqələrini koordinasiya etmək;
• Rəhbərliyin görüş və müşavirələrinin vaxtını planlaşdırmaq, müvafiq qrafikləri hazırlamaq və keçiriləcək görüşlər barədə aidiyyəti şəxslərin vaxtında məlumatlandırılmasını təmin etmək;
• İdarə Heyətinin iş yerinin zəruri dəftərxana ləvazimatları və texniki-təşkilati vasitələrlə təmin olunmasını təşkil etmək;
• Qonaqları qarşılamaq və aidiyyəti üzrə yönləndirmək;
• Daxil olan telefon zənglərini cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dilini mükəmməl, rus dilini sərbəst bilmək;
• Microsoft Office proqramlarından yaxşı istifadə bacarığı;
• Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları, vaxtın səmərəli idarə edilməsi və prioritetlərin müəyyənləşdirilməsi bacarığı, operativlik, çeviklik, problem həll etmə, dürüstlük və məsuliyyətlilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil arzuolunandır;
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.