Vacancies
KH

Mağaza formatı üzrə menecer

Kontakt Home

Təsvir

• Mövcud mağaza formatlarının müştəri ehtiyacları, davranışları və kommersiya məqsədləri nəzərə alınmaqla təkmilləşdirilməsi və inkişaf etdirilməsi;

• Mağaza interyerinin, sərgiləmə zonalarının və stend dizaynlarının müştəriyönümlü yanaşma əsasında formalaşdırılması, brend standartlarına uyğunluğunun və vizual cəlbediciliyinin təmin edilməsi;

• Müştəri hərəkət trayektoriyası, məhsulla təmas nöqtələri, görünürlük və alış qərarına təsir edən amillər əsasında mağazadaxili sərgiləmə və kommunikasiya həllərinin hazırlanması;

• Mağaza daxilində yeni reklam və kommunikasiya modellərinin potensial yerlərinin müəyyənləşdirilməsi, konseptinin hazırlanması və tətbiqinin idarə edilməsi;

• İnteryer dizayn və merçendayzinq komandaları ilə koordinasiyalı şəkildə mağazaların reformatı, interyer konsepsiyasının inkişafı və məhsulların kateqoriya, görünürlük prinsiplərinə uyğun yerləşdirilməsinin təmin edilməsi;

• Yeni açılan mağazalar üçün interyer, stend dizaynı, məhsul sərgilənməsi, müştəri axını və kommunikasiya zonaları üzrə konseptual həllərin hazırlanması və tətbiqinin koordinasiyası;

• Yeni konsepsiya və innovativ həllərin araşdırılması, pilot layihələrin həyata keçirilməsi, nəticələrin qiymətləndirilməsi və effektiv həllərin digər mağazalarda tətbiqi;

• Mağaza mühitinin müştəri təcrübəsinə və satış effektivliyinə təsirinin təhlili, nəticələr əsasında optimizasiya tədbirlərinin görülməsi.

Requirements

  • Ali təhsil (Dizayn, Memarlıq, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Retail/FMCG sektorunda minimum 3 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili bilikləri üstünlükdür;
  • Merçendayzinq, mağaza formatlarının inkişafı, retail dizayn və ya vizual sərgiləmə sahəsində təcrübə;
  • İnteryer dizaynı, mağaza planlaması və müştəri təcrübəsinin formalaşdırılması üzrə biliklər;
  • Müştəri davranışları və alış qərarlarına təsir edən amillər barədə anlayış;
  • Analitik düşüncə, güclü araşdırma və problem həll etmə bacarığı;
  • Kreativ, yenilikçi və nəticəyönümlü yanaşma;
  • Layihələrin koordinasiyası və müxtəlif komandalarla effektiv əməkdaşlıq bacarığı.
  • Vakansiya növü - Tam ştat
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back