Vacancies
WH

Mağaza Müdiri

WHSmith

WHSmith Baku komandamıza qoşul!

Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.

Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.

Responsibilities

  • Mağazanın gündəlik fəaliyyətinin idarə edilməsi
  • Satış planlarının və müəyyən edilmiş KPI göstəricilərinin yerinə yetirilməsinin təmin olunması
  • İşçi heyətinin idarə edilməsi, növbə qrafiklərinin hazırlanması və iş bölgüsünün aparılması
  • Müştəri xidmətinin yüksək səviyyədə təşkil edilməsi
  • Malların qəbulu, yerləşdirilməsi, inventarizasiyası və stok nəzarətinin təmin olunması
  • Kassa əməliyyatlarına və maliyyə intizamına nəzarət
  • Mağazada məhsulların vizual təqdimatının şirkət standartlarına uyğun təşkil edilməsi
  • Satış nəticələri, stok və əməliyyat göstəriciləri üzrə hesabatların hazırlanması
  • Mağazada daxili qaydalara, təhlükəsizlik və sanitariya tələblərinə riayət olunmasına nəzarət

Requirements

  • Ali təhsil
  • Pərakəndə satış sahəsində minimum 3 il iş təcrübəsi
  • Mağaza müdiri və ya rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
  • Komandanı idarəetmə və motivasiya bacarığı
  • Satış, stok idarəetməsi, inventarizasiya və kassa əməliyyatları üzrə biliklər
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı
  • İngilis dili biliyi mütləqdir, rus dili biliyi üstünlükdür
  • MS Office və POS proqramları ilə işləmək bacarığı
  • Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı
  • Növbəli iş rejimində işləməyə hazır olmaq
  • Biz nə təklif edirik?
  • Beynəlxalq brenddə iş imkanı
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Stabil əməkhaqqı
  • Növbəli iş qrafiki
  • Peşəkar təlim və inkişaf imkanları
  • Karyera yüksəlişi perspektivi
  • Dinamik və beynəlxalq iş mühiti
  • İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
  • Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
  • Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər - info@gudfood.az
  • Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Back