Vacancies
AH

Mayalandırma mütəxəssisi

Azersun Holding

Requirements

  • Baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili.
  • Süni mayalanma və reproduksiya sahəsində minimum iş təcrübəsi.
  • Hamiləliyin müəyyən edilməsi, reproduktiv göstəricilərin izlənilməsi və sürü idarəetmə prinsipləri barədə biliklər.
  • Vəzifə öhdəlikləri:
  • Heyvanların reproduktiv göstəricilərini izləyir, qızğınlıq dövrünü düzgün müəyyən edərək mayalanma prosesini vaxtında və baytarlıq qaydalarına uyğun həyata keçirir.
  • Mayalandırılacaq heyvanların sağlamlıq vəziyyətini qiymətləndirir, reproduktiv problemlər aşkar edildikdə baytar həkimlə koordinasiyalı şəkildə tədbirlər görür.
  • Mayalanmadan sonra hamiləliyin müəyyən edilməsi, nəticələrin izlənilməsi və bütün məlumatların müvafiq qeydiyyat formalarında və proqram təminatında düzgün aparılmasını təmin edir.
  • Görülən işlərin təsərrüfatın məhsuldarlıq hədəflərinə uyğun şəkildə icrasını təmin edir və süd istehsalının ilboyu sabit saxlanılmasına dəstək göstərir.
  • Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Ünvan: Kürdəmir rayonu.
  • Digər bölgələrdən alınan işçilər üçün yaşayış yeri təmin olunacaqdır.
  • Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Back