Vacancies
AC

Memar

Azekon Construction MMC

Tələb olunan Təhsil və təcrübə:

• “Memar” ixtisası üzrə Ali təhsil.

• “Memar” vəzifəsinə namizəd İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).

Tələb olunan Kompüter bilikləri:

• AutoCAD, ArchiCAD, 3D Max, Revit, Corel Draw, Microsoft Office ve s. proqramlarda sərbəst işləməyi, o cümlədən  Kompüterdə sürətli işləməyi bacarmalı.

Tələb olunan dil bilikləri:

• Azərbaycan dili – C1

• İngilis dili -  C1

• Rus dili – B2

Tələb olunan Bacarıqlar:

• Konsept layihənin hazırlanması-RİBA stage-2;

• Eskiz layihəsinin (eskiz planları, 3D illustrasiya və 3D animasiya) hazırlanması;

• Funksional zonalaşma sxeminin hazırlanması;

• Dizayn təkmilləşdirilməsi mərhələsinin, işçi layihələrin hazırlanması -RİBA stage -3;

• Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;

• Memarlıq işləri bölməsi üzrə bütün mərhələlərin sənədlərinin işlənib hazırlanması;

• Texniki dizayn mərhələsinin hazırlanması -RİBA stage-4;

• Tam interyer dizayn paketinin hazırlanması üzrə:

• İnteryer planlar

• İnteryer görünüşlər və müvafiq detallar

• Mebel və avadanlıqların tipologiya cədvəlləri və detalları

• Tamamlama materiallarına aid tipologiya cədvəlləri və detalları

• Daxili qapı və pəncərələrin tipologiya planları, tipologiya cədvəlləri və detalları

• Nişanlar və istiqamətləndirici işarələr (daxili və xarici)

• Otaqların və sahələrin təsnifatı (room book) və sahə məlumatlarının hazırlanması

• Memari bölmə üzrə texniki şərtnamələrin (specifications) hazırlanması;

• Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;

• Tikintinin icrası üçün lazım olan bütün dizayn məlumatlarının /sənədlərinin (hər bir disiplin üzrə) eləcə də çizgilərin, texniki şərtnamələrin, təsnifatların, iş həcmlərinin smetaların və müvafiq qiymət / xərc məlumatlarının tikinti üçün tam koordinasiya edilmiş şəkildə təqdim edilməsi.

Əmək Şəraiti:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• İş rejimi: 5 günlük iş həftəsi.

Əmək Haqqı:

• Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Memar” yazaraq göndərilməsi xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Back