Vacancies
OM

Mingəçevir Logistika Departament Müdiri

OBA marketlər şəbəkəsi

Təsvir

• Məhsulların anbar standartına uyğun olaraq depolanması və çatdırılmasına nəzarət etmək

• İş axışlarının müəyyən edilməsi və qurulmasını təmin etmək

• Məhsulları müştərilərə korlanmadan və ən sağlıqlı şəkildə çatdıra bilmək üçün planlama etmək və strategiya hazırlamaq

• Prosesləri mükəmməl nəticələrə gətirmək üçün araşdırma etmək və təkmilləşdirmək

• Logistika idarəetmə və anbar sahəsinin yaxşılaşdırılması üçün layihələr hazırlamaq, bizneslərlə görüşərək ehtiyyacları müəyyənləşdirmək

• Müəyyən edilmiş ehtiyyaclara uyğun olaraq Anbar və nəqliyyat(avtomobil) planlanması etmək

• Nəqliyyat və anbarlar üçün bizneslərə uyğun qiymət modelləri hazırlamaq

• Ölkə ərazisi üçün dağıtım planlaması hazırlamaq

• Gələcəyə yönəlik şirkətin böyümə hədəflərinə yönəlik planlama etmək

• Anbarlarda və nəqliyyatda yarana biləcək zədələnmiş məhsullarını miqdarını (riskini) minimuma endirmək

• Anbarlarda mövcud olan malların FİFO, FEFO, LOT izləməsi edərək məhsulların son istifadə tarixinin keçməməsini təmin edəcək sistemlər qurmaq

• Departamentə bağlı KPİ yaratmaq və nəzarət etmək

• Departamentə aid illik büdcə yaratmaq və büdcəyə idarə etmək

• Anbar və nəqliyyat üçün istifadə ediləcək təchizat və işçi heyəti ehtiyyaclarını müəyyən edib təmin etmək

• Tabeliyində olan komandatya tapşırıqlar vermək, idarə etmək və istiqamətləndirmək

• İdarə heyətinin sədrinə fəaliyyəti ilə bağlı hesabat vermək

İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00.

Ünvan: Mingəçevir Şəhəri

Requirements

  • Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür).
  • Logistika, anbar idarəçiliyi və təchizat zəncirinin idarə olunması sahəsində minimum 7–10 il, 4–5 il rəhbər vəzifədə iş təcrübəsi.
  • Böyük həcmli anbarların, distribusiya mərkəzlərinin və nəqliyyat əməliyyatlarının idarə olunması üzrə uğurlu praktiki təcrübə.
  • Soyuq zəncir (Cold Chain), FIFO, FEFO, LOT izləmə sistemləri və qida təhlükəsizliyi standartları üzrə bilik və təcrübə.
  • WMS (Warehouse Management System), TMS (Transportation Management System), ERP (SAP, Microsoft Dynamics, Oracle, Logo və ya analoji sistemlər) ilə işləmə təcrübəsi.
  • MS Excel proqramını yüksək səviyyədə (Pivot, Power Query, Power Pivot və hesabatların hazırlanması) bilmək
  • Logistika şəbəkəsinin layihələndirilməsi, marşrut optimallaşdırılması və xərclərin azaldılması üzrə layihələr həyata keçirmiş olmaq.
  • İllik büdcənin hazırlanması, maliyyə planlaması, investisiya layihələrinin qiymətləndirilməsi və xərc analizləri üzrə təcrübə.
  • Lean Management, Lean Logistics, Six Sigma və ya Continuous Improvement metodologiyaları üzrə bilik (sertifikat üstünlükdür).
  • Güclü analitik düşüncə, strateji planlaşdırma və biznes qərarlarının qəbul edilməsi bacarığı.
  • Komandanın qurulması, inkişaf etdirilməsi və dəyişikliklərin idarə olunması sahəsində sübut olunmuş liderlik təcrübəsi.
  • Vakansiya növü - Tam ştat
  • İmtiyazlar
  • Nahar təminatı
  • Avtomobil ilə təmin edilmə
  • Tibbi sığorta
  • və əlavə imtiyazlar
  • Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Back