Model riskləri üzrə Kiçik mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
• Model risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının təmin edilməsi məqsədilə Model Risklərinin İdarəedilməsi Çərçivəsinin, siyasətlərin, metodologiyaların, standartların və prosedurların tətbiqinə və saxlanılmasına dəstək göstərmək;
• Model həyat dövrü fəaliyyətlərinin Bankın daxili tələblərinə, tənzimləyici gözləntilərə və Qrup üzrə müəyyən edilmiş tələblərə uyğun həyata keçirilməsini təmin etmək;
• Modellərin effektivliyini qiymətləndirmək və onların həyat dövrü ərzində mütəmadi model risk qiymətləndirmələrini həyata keçirmək;
• Bankın model inventarını idarə etmək, model məlumatlarının tamlığını və düzgünlüyünü təmin etmək;
• Yuxarı Rəhbərlik və müvafiq idarəetmə orqanları üçün dövri model risk hesabatlarının hazırlanmasını təmin etmək;
• Model üzrə müəyyən edilmiş tapıntıların, məhdudiyyətlərin və onların aradan qaldırılması üzrə tədbirlərin mərkəzləşdirilmiş reysterini aparmaq;
• Model risklərinin azaldılması planlarının icrasını izləmək və zəruri hallarda gecikmələri müvafiq qaydada eskalasiya etmək;
• Aşkar edilmiş problemlərin və model risklərinin vaxtında aradan qaldırılmasını və müvafiq mitiqasiya tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə model sahibləri və digər aidiyyəti tərəflərlə koordinasiyanı həyata keçirmək;
• Model sahibləri, model tərtibatçıları, biznes bölmələri və digər aidiyyəti tərəflərlə əməkdaşlıq edərək model risklərinin idarə edilməsi prinsipləri üzrə məlumatlılığın artırılmasına dəstək göstərmək;
• Tənzimləyici yoxlamalar və daxili audit prosesləri çərçivəsində model risklərinin idarəedilməsi ilə bağlı tələb olunan məlumat, sənədləşmə və hesabatların təqdim edilməsini təmin etmək və müvafiq proseslərə dəstək göstərmək;
• Model riskləri, risklərin idarəedilməsi üzrə bilikləri davamlı inkişaf etdirmək;
• Şəxsi keyfiyyətlərini inkişaf etdirmək üçün davamlı olaraq öyrənmə proqramlarında iştirak etməkBirbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: İqtisadiyyat, Maliyyə və Risklərin İdarəedilməsi, Tətbiqi riyaziyyat, Statistika və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;
• İş təcrübəsi: Risklərin idarə edilməsi, model validasiyası, model risklərinin idarə edilməsi, kəmiyyət analizi, data analizi, maliyyə modelləşdirməsi və ya əlaqəli sahələrdə 1-2 il iş təcrübəsi;
• Modelin həyat dövrü, o cümlədən modelin hazırlanması, tətbiqi, monitorinqi, dəyişikliklərin idarə edilməsi və istifadədən çıxarılması prosesləri üzrə anlayış;
• Modellər və onlarla əlaqəli risklər, o cümlədən kredit riski, bazar riski və əməliyyat riskləri üzrə anlayış;
• Basel, SR 11-7, ECB, EBA və digər müvafiq tənzimləyici sənədlər və təlimatlar üzrə biliklər;
• Statistik və risk modelləşdirmənin əsas konsepsiyaları üzrə anlayış;
• Müxtəlif səviyyələrdə aidiyyəti tərəflərlə effektiv əməkdaşlıq etmək üçün güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
• Model risklərini müəyyənləşdirmək və qiymətləndirmək üçün güclü analitik düşünmə və təhlil bacarıqları;
• Lisenziya/ Sertifikat: FRM 1, Risk & Aİ və ya digər müvafiq peşəkar sertifikatların olması üstünlük hesab olunur;
• Xarici dil: İngilis dili (səlis).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.