Müştəri cəlbetmə üzrə mütəxəssis

Şirkət haqqında

Sapiens Pay bizneslərə, sahibkarlara və frilanserlərə beynəlxalq bazarlara çıxmaqda kömək edir. Şirkət Wise, Payoneer və Shopify Payments kimi beynəlxalq ödəniş hesablarının açılması, xaricdə şirkətlərin qeydiyyatı və ödəniş sistemlərinin qurulması üzrə xidmətlər göstərir.

Hazırda komandamızı genişləndiririk və sosial şəbəkələrdə, biznes qruplarında və peşəkar platformalarda potensial müştərilər tapacaq Müştəri cəlbetmə üzrə mütəxəssis axtarırıq.

Şərtlər:

– İş rejimi: uzaqdan;

– İstəyə əsasən Bakı şəhərində yerləşən ofisdən işləmək imkanı;

– İş qrafiki: həftənin 5 günü, saat 10:00-dan 18:00-dək;

– Əmək haqqı: 400 AZN-dən başlayır;

– Nəticələrə əsaslanan əlavə bonus sistemi;

– Aylıq ümumi gəlir performansdan asılı olaraq 1500 AZN-dək arta bilər;

– İlk gündən işləməyə imkan verən təlim, hazır iş prosesi və satış materialları;

– Şirkət daxilində inkişaf və karyera yüksəlişi imkanı.

Bu vəzifədə əməkdaşın əsas işi məhsulu birbaşa satmaq deyil, uyğun potensial müştəriləri tapmaq, onlarla ilkin əlaqə qurmaq və maraqlı müştəriləri satış menecerinə yönləndirməkdir.