Ofis meneceri
“NG SKY” MMC “Ofis meneceri” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
• Müəssisənin inzibati əməliyyatlarını planlaşdırmaq, istiqamətləndirmək və əlaqələndirmək;
• Bütün işçilər və qonaqlar üçün peşəkar və qonaqpərvər mühitin təmin olunması;
• Müəssisəyə ünvanlanan elektron poçtları, zəngləri, məktubları prioritetləşdirmək və cavablandırmaq;
• Direktorun iclaslarını təşkil etmək və iclas protokollarını sənədləşdirmək;
• Ofisin təmizliyini və ümumi iş mühitini nəzarətdə saxlamaq;
• Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə yönləndirmək;
• Ofis ləvazimatlarının sifarişi və ehtiyat stokun izlənməsi;
• Sənədlərin və məlumatların məxfiliyini qorumaq;
• Gələn qonaqları nəzaklətlə və peşəkarcasına qəbul etmək və yönləndirmək;
• İnzibati işlərlə bağlı tapşırıqların yerinə yetirilməsini izləmək, bununla bağlı müəssisənin direktoruna müntəzəm olaraq hesabat vermək;
Vəzifə üzrə əsas tələblər:
• İnzibati və dəstək funksiyalarının idarə olunmasında 3 illik təcrübə;
• Azərbaycan və ingilis dillərində sərbəst danışmaq bacarığı;
• Güclü ünsiyyət və təqdimat bacarıqları;
• Vaxtın idarə edilməsi bacarıqları;
• Microsoft Office (Word, Outlook, Excel) proqramları üzrə yüksək biliklərin olması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.