Outgoing Manager - Getmə Turizm üzrə Menecer
İş barədə məlumat:
• Aviabilet, otel və digər turizm xidmətlərinin təşkili.
• Xarici istiqamətlər üzrə tur paketlərinin hazırlanması və satışı.
• Mövsümə və bazar tələbinə uyğun yeni tur proqramlarının hazırlanması.
• Müştərilərdən gələn sorğuların cavablandırılması və rezervasiyaların idarə olunması.
• Xarici partnyorlarla yazışmaların aparılması.
• Sosial şəbəkələr və digər onlayn kanallar vasitəsilə gələn müraciətlərin cavablandırılması.
• Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi və satış hədəflərinin yerinə yetirilməsi.
Namizəddən tələblər:
• Getmə turizm sahəsində iş təcrübəsi.
• Azərbaycan və rus dillərini bilməlidir. İngilis dili üstünlükdür.
• Sosial şəbəkələrdən və B2B saytlardan sərbəst istifadə etmək bacarığı.
• Satış və müştəri xidməti sahəsində bacarıqlara malik olmaq.
• Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq..
• Kompüter və ofis proqramlarından istifadə bacarığı.
İş şəraiti
• İş qrafiki: Həftənin 5 iş günü.
• Zəruri hallarda istirahət günlərində gələn təcili sorğuların cavablandırılması tələb oluna bilər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.