Qrafik Dizayner müəllimi

Qrafik Dizayner Müəllimi

Tədris komandamıza peşəkar və yaradıcı Qrafik Dizayner Müəllimi axtarırıq. Namizəd qrafik dizayn sahəsində nəzəri biliklərə və praktik təcrübəyə malik olmalı, müasir dizayn alətləri ilə işləməyi və bu bilikləri effektiv şəkildə tədris etməyi bacarmalıdır.

Müəllim Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign və digər müasir dizayn proqramları üzrə dərslərin keçirilməsi, tələbələrin praktiki layihələrinin hazırlanmasına dəstək göstərilməsi, onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin keyfiyyətli şəkildə təşkilinə cavabdeh olacaq.

Dövlət Məşğulluq Agentliyinin tələblərinə uyğun olaraq namizədin Adobe Certified Professional beynəlxalq sertifikatına sahib olması üstünlük təşkil edir.

Məqsədimiz tələbələrə əmək bazarının tələblərinə uyğun, praktiki yönümlü və beynəlxalq standartlara cavab verən qrafik dizayn biliklərinin tədris edilməsidir.