Receivable Accountant / Debitor Borclar üzrə Mühasib (Tikinti sahəsi)
Vəzifənin məqsədi
• Şirkətin müştərilər üzrə debitor borclarının idarə olunması, ödənişlərin izlənməsi, hesab-fakturaların hazırlanması və maliyyə hesabatlarının düzgün aparılmasını təmin etmək.
Əsas vəzifələr
• Müştərilər üzrə debitor borcların gündəlik izlənməsi
• Hesab-fakturaların hazırlanması və göndərilməsi
• Müştəri ödənişlərinin sistemə işlənməsi və yoxlanılması
• Müqavilələrə uyğun ödəniş qrafiklərinin izlənməsi
• Bank çıxarışlarının və ödəniş sənədlərinin yoxlanılması
• Aylıq debitor hesabatlarının hazırlanması
• Tikinti layihələri üzrə maliyyə sənədlərinin uçotunun aparılması
• Vergi və audit yoxlamaları üçün tələb olunan sənədlərin hazırlanması
• ERP/Mühasibat proqramlarında məlumatların düzgün daxil edilməsi
• Maliyyə şöbəsinin digər tapşırıqlarının icrası
Requirements
- Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Tikinti sektorunda təcrübə üstünlükdür
- 1C, ERP və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək
- Debitor borclar və maliyyə hesabatları üzrə biliklər
- Analitik düşünmə və detallara diqqət
- Komandada işləmə və ünsiyyət bacarığı
- Azərbaycan dili sərbəst, İngilis və Rus dili üstünlükdür
- İş şəraiti:
- İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
- Ünvan: Bayıl ərazisində yerləşir.
- Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.