Satış Təmsilçisi/Meneceri

Şirkət barədə məlumat :

Naxish uniforma MMC 8 ildən artıqdır fəaliyyət göstərir. Əsas fəaliyyət sahəsi işçi geyimlərinin istehsalı, onlar üzərinə müxtəlif üsullarla loqoların işlənməsini əhatə edir. Müştəri bazası Mağazalar, İstehsal müəssələri, Tədris müəssələri, Restoranlar, Gözəllik salonları, Otellər və s. ibarətdir. Satış komandasının yenididən qurulması ilə əlaqədar satış təmsilçisi-meneceri vəzifəsinə işçi qəbulu aparılır.

İş barədə Məlumat:

Satış təmsilçisi 5.5 iş qrafiki üzrə işləyəcək. Qeydiyyat, hesabatlar Azadlıq metrosunun yaxınlığında yerləşən ofisdə aparılır.

Hər səhər ofisə yaxınlaşmaqla ötən günün nəticələrinin hesabatını təqdim edir, cari gün üçün plan, həftəlik hədəfləri müzakirə edir.

Günün əsas hissəsini müştərilərlə görüşlərdə keçirir. Şirkətin məhsullarını onlara təqdim edir.

Qəbul olunan sifarişləri dəqiq formada istehsal şöbəsinə çatdırır.

Hazır olan sifarişlərin sifarişçiyə çatdırılmasına nəzarət edir.

İş prosesi üçün lazım olan - Avtomobil, Yanacaq, Korporativ mobil nömrə, Smartfon telefon və Fərdi kompüter-Planşet şirkət tərəfindən tam təmin edilir;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tam rəsmi qeydiyyat;

Əmək haqqı: 600 azn + satışdan faiz (ən az satış edən təmsilçidə belə 1100-1200 azn civarında orta aylıq əmək haqqı qeydə alınıb)